Azərbaycanla Pakistan arasında birbaşa aviareys açılacaq
Tarix: 21.08.2013 | Saat: 22:52:00 | E-mail | Çapa göndər


Azərbaycanla Pakistan arasında birbaşa aviareysin açılması istiqamətində danışıqlar davam edir.
Bu barədə Azərbaycanın Pakistandakı səfirliyinin ikinci katibi Çingiz Qəribli bildirib. Onun sözlərinə görə, aviareysin gələn il açılması planlaşdırılsa da, hər iki tərəf aviareysin tez bir zamanda açılmasını istəyirlər: “Bu məsələ gündəmdədir. Lakin reyslərin hansı şirkət tərəfindən və hansı şəhərlər arasında olacağı barədə məsələlər müzakirələrin sonunda həllini tapacaq”. Ç.Qəribli vurğulayıb ki, marşrut ilə bağlı hazırda bir neçə alternativ variantlar nəzərdən keçirilir: “Reysin iqtisadi cəhətdən rentabelliyi üçün Bakıdan tranzit kimi istifadə edilməsi gözlənilir. Məsələn, İslamabaddan Avropanın şəhərlərinin birinə uçan təyyarənin Bakıda enməsini, sonra isə öz yoluna davam etməsini planlaşdırırıq. Bununla bağlı görüşlər davam edir, müzakirələr gedir”.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info