Gürcüstanla Rusiya arasında nəqliyyat əlaqəsibərpa edilir
Tarix: 21.08.2013 | Saat: 22:57:00 | E-mail | Çapa göndər


7 ildən sonra

Yeddi illik fasilədən sonra Gürcüstanla Rusiya arasında quru nəqliyyatı bərpa edilir.
“Qolos Rossii” kanalının yaydığı məlumata görə, Gürcüstanın ilk avtomobilləri artıq sentyabrda Rusiya ərazisinə daxil ola biləcəklər. Bu barədə Gürcüstan İqtisadi İnkişaf Nazirliyi yanında Quru nəqliyyatı agentliyi ilə Rusiya Nəqliyyat Nazirliyi arasında danışıqlar nəticəsində razılaşma əldə olunub. Quru nəqliyyatının bərpası haqqında saziş yük və sərnişin daşımalarına şamil ediləcək. Rusiya tərəfi gürcü sürücülər üçün viza rejiminin sadələşdirilməsinə dair öhdəlik götürüb. Gürcüstan iqtisadi inkişaf nazirinin müavini Natiya Mikeladze bildirib ki, razılaşmadan öncə Gürcüstan məhsulları Rusiya bazarına üçüncü ölkələrin şirkətləri vasitəsilə çıxarılırdısa, artıq bu məhsullar Rusiyaya daha asan üsulla çatdırılacaq. İlkin mərhələdə tərəflər qarşılıqlı olaraq 500 daşıma kvotası vermək barədə razılığa gəliblər. Bu daşımaları bir il ərzində gerçəkləşdirmək mümkün olacaq. Qeyd edək ki, Rusiya ilə Gürcüstan arasında quru nəqliyyatı 2006-cı ildə dayandırılıb. Daha sonra Ermənistanın vasitəçiliyi ilə nəzarət buraxılış məntəqələri fəaliyyətini bərpa etsə də, Gürcüstan dövlət nömrə nişanlı avtomobillərin Rusiyaya daxil olmasına qadağa qoyulub. Gürcüstan məhsulları Rusiya bazarına əsasən erməni şirkətləri tərəfindən çıxarılıb.




 
Bölməyə aid digər xəbərlər
19.07.2019
İcevan hadisələri Paşiynvanın sonunu gətirə bilər
19.07.2019
Eldar Qasımov Gürcüstanda azərbaycanlı uşaqlarla bir arada
18.07.2019
Ermənistanın İcevan bölgəsindəki gərginlik davam edir
18.07.2019
Россия готова поставить Турции истребители Су-35
18.07.2019
Hansı daha üstündür: F-35, yoxsa Su-57?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info