“Müsəlman qardaşlar”ın dini liderinin həbs müddəti uzadıldı
Tarix: 21.08.2013 | Saat: 23:03:00 | E-mail | Çapa göndər


Misirdə məhkəmə “Müsəlman qardaşlar”ın dini lideri Məhəmməd Badianın həbs müddətinin daha 15 sutka uzadılmasına qərar verib. Bu barədə Misir televiziyası məlumat yayıb. Qeyd edək ki, Məhəmməd Badia ötən gecə etirazçıları qətlə yetirməyə təhrik etmək ittihamı ilə saxlanılıb. Məhəmməd Badianın məhkəmə prosesinin artıq avqustun 25-də başlanacağı gözlənilir. 70 yaşlı Məhəmməd Badia hazırda Qahirənin ətrafında yerləşən “Tora” həbsxanasında saxlanılır. Qeyd edək ki, “Müsəlman qardaşlar” təşkilatının müvəqqəti lideri Mahmud Ezzat təyin olunub. Rəsmi Vaşinqton “Müsəlman qardaşlar” hərəkatının dini liderinin həbsini mənfi qarşılayıb. “İnterfaks”ın xəbərinə görə, bunu Ağ Evin nümayəndəsi Coş Ernest bəyan edib. Ağ Ev hesab edir ki, Misir hakimiyyəti siyasi proseslərin aparılması qaydalarını pozur. Bu arada “Müsəlman qardaşlar”ın daha iki üzvü saxlanılıb. Hərəkatın fəal üzvlərdən biri Safqat Heqazi Liviyaya qaçmağa cəhd edərkən saxlanılıb. Digər saxlanılan şəxs isə “Müsəlman qardaşlar” hərəkatının mətbuat katibi Murad Əlidir. O, İtaliyaya uçmaq istəyərkən Qahirənin hava limanında saxlanılıb.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info