Odessada “Azərbaycan” parkının təməli qoyulacaq
Tarix: 21.08.2013 | Saat: 23:25:00 | E-mail | Çapa göndər


Odessada Şəhər Günü bayramı çərçivəsində “Azərbaycan” və “İstanbul” parklarının təməl daşlarının qoyulmasına həsr edilmiş təntənəli mərasimlər keçiriləcək. “Azərbaycan” parkı mövcud yaşıl zonanın ərazisində, 4-cü Böyük Fontan stansiyasında yerləşəcək.

Kiyevdəki Heydər Əliyev adına parka analogiya üzrə Odessada da oxşar park salınması haqqında razılaşma 2012-ci ildə əldə edilib. Parkın yaradılması ilə bağlı işləri Azərbaycan tərəfi öz üzərinə götürür. Yeni yaşıl istirahət zonasının sahəsi 2 hektar olacaqdır. Burada güllər əkilməsi və fəvvarələr qurulması da nəzərdə tutulur. “İstanbul” parkı dənizkənarı bulvarın yaxınlığında - Lanjeronovskaya, Primorskaya küçələri, Potyomkin pilləkəni və Duma meydanı rayonu hüdudlarında yerləşəcək.
Şəhər sovetinin beynəlxalq əlaqələr departamentinin direktoru Svetlana Boyeva deyib: “Burada 2007-ci ildən, Türkiyənin Odessadakı baş konsulu Renan Şəkəroğlunun müraciət etdiyi vaxtdan iş gedir. Odessanın yaşıl zonalarından birinin abadlaşdırılması layihəsi və gələcəkdə həmin zonanın Odessa ilə qardaşlaşmış İstanbul şəhərinin şərəfinə “İstanbul” adının verilməsi barədə danışıqlar bir neçə il davam edib və yalnız şəhərin yeni hakimiyyət orqanlarının gəlişindən sonra reallaşma mərhələsinə keçib”.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info