Mətbuata ötürülən gizli sənəd: ”Böyük ehtimalla Ermənistan dağılacaq”
Tarix: 07.08.2019 | Saat: 16:03:00 | E-mail | Çapa göndər


Bir müddət bundan əvvəl erməni baş nazir Nikol Paşinyanın 2050-ci ilə qədər «Ermənistanın inkişafının meqa-vəzifələri» barədə sayıqlamaları erməni mətbuatında geniş müzakirə obyektinə çevrilməkdədir. Qeyd edilməlidir ki, Paşinyanın bu planına diqqət çəkən erməni siyasətçi və iqtisadçılarının əksəriyyəti onun reallığına tərəddüdlə yanaşırlar. Məsələn, «Qolos Armenii» saytına danışan erməni politoloq Karen Bekaryan açıq şəkildə: «Hökumət başçısı real layihələrə maraq göstərmədiyini bildirəndə, daha ona qulaq asmaq istəmədim»-deyə etiraf edib.
Baş nazirin 2050-ci ilə qədər ölkədə həyata keçiriləcək «inqilabi dəyişiklər»lə bağlı tezislərini şərh etmək istəməyən erməni politoloq burada onu narahat edən məqamlara toxunmağı özünə borc bilir: «Əvvəla qeyd edim ki, ölkə başçısının «real layihələr bizi maraqlandırmır» deməsi, bu, artıq qarşıdakı problemlərdən xəbər verir. Məni düzgün başa düşün, əgər elmi fantastik yazıçıların iştirakı ilə keçirilən konfransda, kimsə real layihələrə maraq göstərməydiyini açıq etiraf edirsə, əslində, bu normal səslənərdi. Lakin hökumət başçısının real layihələrlə bağlı səsləndirdiyi fikirlər, təbii ki, normal qəbul edilə bilməz».
Paşinyanın bir neçə gün əvvəl «ölkənin institusional çöküşünün göstəricisi» ilə bağlı əldə etdiy gizli sənədi mətbuata ötürməsini xatırladan sayt Bekaryandan buna münasibət bildirməsini istəyir. Erməni politoloq, ilk olaraq belə bir sənədin mövcud olub-olmadığına şübhə ilə yanaşdığını gizlətmir. Onun fikrincə, əgər belə bir sənəd mövcuddursa, onun mətbuata ötürülməsi baş nazirin naşılığının təcəssümüdür: «Bundan əlavə, əgər tapılan sənədin, doğrudan da, məxfilik möhürü varsa, deməli onun yayılması artıq cinayətdir. Burada mənim üçün başqa bir cəhət də maraqlıdır. Deməli, bu sənəddə ölkənin böyük ehtimalla dağılacağı öz əksini tapıbsa, bu halda Paşinyanın «Ermənistanın inkişafının meqa-vəzifələri»nə nə hacət? Təbii ki, indiki halda məsləhətçi kimi çıxış etmək çox asandır. Amma mən belə başa düşürəm ki, mövcud hakimiyyət, nəhayət, piardan uzaqlaşmalı, «köhnə hakimiyyət - yeni hakimiyyət», «köhnə Ermənistan - yeni Ermənistan» tələsindən çıxmaqla, real işlər görməli, cəmiyyəti söz və ya elanla deyil, hərəkət və nəticələrlə qiymətləndirməlidir».
Ağasəf Babayev





 
Bölməyə aid digər xəbərlər
08.08.2020
Rusiyada koronavirusa yoluxanların sayı 882 min nəfəri keçib
06.08.2020
Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib
06.08.2020
“Məni koronavirusa qəsdən yoluxdurublar”
06.08.2020
Ermənistanda yol qəzasında bir hərbçi ölüb, 3 hərbçi yaralanıb
05.08.2020
Rusiyada hərbi təlimlər zamanı körpü çökdü - Onlarla yaralı var

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
2 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin
3 Dünya nəhənginin yaradılması yolunda ilk addımı atmışıq, öz Henri Fordumuz, öz “Arzu-1“miz -VİDEO
4 Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub
5 İspaniyaya turist axını 70 faizdən çox azalıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info