Buynuz qişanın xəstəlikləri
Tarix: 07.08.2019 | Saat: 20:13:00 | E-mail | Çapa göndər



Keratokonus buynuz qişanın qeyri-iltihabi degenerativ ektaziyasıdır. Ektaziya nəticəsində buynuz qişanın incəlməsi və daha qabarıq olması baş verir ki, bu da miopiya və qeyri-müntəzəm astiqmatizmə səbəb olur.

Keratokonus adətən yeniyetmə yaşlarından 20-30 yaşa doğru özünü büruzə verməyə başlayır, lakin xəstəliyin hər bir yaşda başlaması mümkündür. Xəstələr ilk dövrlərdə görmənin tədricən zəifləməsindən, işıq ətrafında rəngli çevrələr, kölgə görüntüsü, işığa həssaslıq, gözdə qıcıqlanmadan şikayət edirlər.
Bu barədə AZƏRTAC-a akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən məlumat verilib.
Keratokonusun müalicəsi xəstəliyin mərhələsindən asılı olaraq dəyişir. Xəstəliyin başlanğıc mərhələsində rigid qaz keçirici kontakt linzaları istifadə olunur. Keratokonus inkişaf etdikcə CCL, CCL+Ring müalicələri tətbiq olunur.
CCL (Corneal Cross-Linking) keratokonusun inkişafını dayandırmaq üçün istifadə edilən müalicə üsuludur. Bu zaman riboflavin və ultrabənövşəyi şüalanma ilə buynuz qişa möhkəmləndirilir.
Kerarinq – buynuz qişanın stromasına yerləşdirilən şəffaf implantlardır. Bu halqalar buynuz qişanın relyefini düzəldərək, gözə düşən işıq şüalarının düzgün yayılmasını təmin edir.
Keratokonusun inkişaf etmiş mərhələsində, buynuz qişanın şəffaflığını itirdiyi halda keratoplastika tətbiq olunur.




 
Bölməyə aid digər xəbərlər
29.01.2020
Ürəyi və sinirləri möhkəmləndirən göyərti
28.01.2020
Qatıq və suyu insanı nəyə qarşı qoruyur?
27.01.2020
Klinikadan təqdirəlayiq addım!
26.01.2020
Çində yayılan koronavirusdan sağalmaq olurmu?
25.01.2020
Yaşlanmanı dayandırmağın yolu

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
2 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək
3 Ermənistanda sosial narazılıq artır: fermerlərin kütləvi mitinqi bütün ölkəyə yayılır
4 ABŞ “doğum turizmi”nə qarşı mübarizə aparmaq qərarına gəlib
5 Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info