“Azərbaycanla Rusiya arasında ticari-iqtisadi əlaqələrin perspektivli gələcəyi var”
Tarix: 08.08.2019 | Saat: 15:09:00 | E-mail | Çapa göndər


Mariya Suvorovskaya: “World Business Guide Azerbaijan” jurnalının ilk sayında dövlətlərimizin ticari-iqtisadi əməkdaşlığının inkişafı mövzusunda məmurlar, sahibkarlar, ictimai xadimlər və ekspertlərin müsahibələri yer alacaq”

Xəbər verdiyimiz kimi, Rusiyanın “Business-Dialog Media” nəşriyyat və kommunikasiya qrupu “World Business Guide Azerbaijan” jurnalını nəşr etməyə hazırlaşır. Bu, dünyaya yayılacaq ilk “Dünya Biznes Bələdçisi” olacaq. Jurnal Azərbaycanın Rusiya ərazisində daha geniş məkanda tanınmaq imkanı yaratmağı planlaşdırır. Həmçinin məqsəd Azərbaycanın Rusiya və digər dövlətlərlə işgüzar münasibətləri haqqında məlumat verməkdir.
Rusiyanın “Business-Dialog Media” nəşriyyat və kommunikasiya qrupunun baş icraçı direktoru, "Russian Business Guide" jurnalının baş redaktoru, ekspert Mariya Suvorovskaya “Palitra”ya "World Business Guide Azerbaijan" jurnalının ilk sayı haqqında məlumat verib. O qeyd edib ki, burada dövlətlərimizin ticari-iqtisadi əməkdaşlığının inkişafı mövzusunda məmurlar, sahibkarlar, ictimai xadimlər və ekspertlərin müsahibələri yer alacaq: “Jurnalın üz qabığında maliyyə-biznes seqmenti olan “Qazprombank”ın loqosu əks olunacaq. Azərbaycan “Qazprombank”la uzun müddətdir işgüzar və dostluq münasibətləri quran və dinamik inkişaf edən MDB ölkələrindən biridir. Bu sayımızda artıq həyata keçirilən layihələr, ikitərəfli əməkdaşlığın əhəmiyyəti barədə danışacağıq. Ötən payızda “Qazprombank” SOCAR və Rusiya İxrac Mərkəzi ilə müqavilə bağladı. Bu, banka Azərbaycan layihələrində tələb olunan Rusiya avadanlıqları və xidmətlərinin tədarükünü dəstəkləməyə imkan verdi. 30 may 2019-cu ildə "Qazprombank" Azərbaycan Beynəlxalq Bankı ilə də müqavilə imzaladı. Belə birgə maliyyələşdirmə layihələri toplanmış təcrübənin mübadiləsinə imkan verəcək və inkişafa yeni təkan olacaq”.
Mariya Suvorovskaya bildirib ki, buraxılışda təkcə beynəlxalq əməkdaşlığı təşkil edən şirkətlər deyil, həm də Rusiyada azərbaycanlı sahibkarlar tərəfindən qurulan bir iş təqdim olunur: “Məsələn, "Bionika" reabilitasiya terapiya klinikası Krasnoyarskdakı ən böyük özəl və çoxşaxəli klinikadır. Klinikanın baş direktoru, azərbaycanlı Taleh Mahmudov klinikanı uğurla idarə etməklə yanaşı, bölgədə ictimai fəaliyyət də həyata keçirir. Bu gün “Bionika” Azərbaycanda tibbi turizmi, o cümlədən Naftalan kimi kurortları da təbliğ edir.
“AvroMed” şirkəti dünyada aparıcı dərman istehsalçılarının ən böyük idxalçısıdır. Şirkətin məqsədi Azərbaycanın səhiyyə sisteminin tibb müəssisələrini, özəl klinikaları və vətəndaşları yüksək keyfiyyətli dərmanlarla təmin etməkdir.
"Şchelkovo Agrohim" şirkəti Azərbaycan Respublikasında az müddətdir ki, fəaliyyətə başlayıb. Amma bu şirkət artıq bir sıra əlamətdar işləri ilə yadda qalmışdır. WBG jurnalının ilk sayında bunlar və işin ilk nəticələri, eləcə də, Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişafı barədə danışacağıq. Xatırladım ki, 2019-cu ilin may ayında Bakıda "Caspian Agro-2019" kənd təsərrüfatı məhsulları və qida məhsullarına aid böyük regional sərgi keçirildi. Məhz bu sərgidə "Şchelkovo Agrohim" şirkəti bu il fəaliyyətə başlayan Azərbaycan nümayəndəliyini təqdim etdi. Açılış günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Şchelkovo Agrohim" şirkətinin stendini ziyarət edib və onun nümayəndələri ilə söhbət edib.
2019-cu ilin iyul ayında “Roto Frank” yeni iqtisadi məkanda - Azərbaycan Respublikasında özünün rəsmi nümayəndəliyi olan ART LINEA-ya ilk məhsul göndərilməsini həyata keçirdi. Əməkdaşlığın inkişaf etdirilməsinin necə planlaşdırıldığı və “Roto Frank”ın bu istiqamətdə gördüyü işlərə dair ilk ayın nəticəsi haqqında danışacağıq”.
Mariya Suvorovskayanın sözlərinə görə, jurnalın ilk nömrəsində çox sayda qəhrəman var və hamısı Azərbaycanla Rusiya arasında ticari- iqtisadi əməkdaşlığın böyük və perspektivli gələcəyə sahib olacağını söyləyirlər.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
10.07.2020
Bu günkü reallıqlar işğalçı Ermənistanın faşist niyyətini təsdiq edir
08.07.2020
Bir çox ölkələr yenidən məhdudlaşdırıcı tədbirlər tətbiq edirlər
07.07.2020
Azərbaycan qazı Aİ ilə Azərbaycan arasında ticarət dövriyyəsini artırmağa imkan verəcək
06.07.2020
“Aİ-yə üzv bəzi ölkələr Türkiyə ilə münasibətlərdə səmimi deyil”
06.07.2020
“Avropa İttifaqının Türkiyə ilə daha çox əməkdaşlığa ehtiyacı var“

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 ATU: COVİD-19 testinin nəticəsi pozitiv olan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır
2 “Turan eşqi” kitabı Azərbaycanda Atatürk Mərkəzi tərəfindən nəşr olunub
3 Karantin rejiminin bitdiyi günün səhərisi Azərbaycanda turizm bərpa oluna bilər
4 “Türkiyədə sənədsiz yaşayan soydaşlarımızın yanında olmağa çalışmışam”
5 “Zaman və düşüncələr” kitabı Azərbaycan dilində çapa hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info