“Postsovet ölkələrində baş verən rəngli inqilablar heç bir iqtisadi inkişafa səbəb olmayıb”
Tarix: 08.08.2019 | Saat: 15:40:00 | E-mail | Çapa göndər


“İnqilabçılar” hakimiyyətə gəldikləri gündən indiyədək İrəvanda adicə zibiltoplama işini belə təşkil edə bilməyiblər

Bu gün Ermənistanda baş nazir Nikol Paşinyanın 2014-cü ilin gizli sənədi ilə bağlı verdiyi açıqlamalara şübhə ilə yanaşanlar yetərincədir. Hətta onların bir çoxu belə bir sənədin varlığına inanmırlar. Məsələn, «Vahid Ermənistan» partiyası baş nazirdən sənədin dərc edilməyəcəyi təqdirdə bunu, onun növbəti yalanı kimi dəyərləndirəcəklərini bildirib.
Ölkə jurnalistlərinin Paşinyanın mətbuat katibinə sənədin əldə edilməsi ilə bağlı müraciətləri də cavabsız qalıb. Belə ki, baş nazirliyin mətbuat katibi Nikolun bunu məqsədəuyğun hesab etmədiyini bildirib. Maraqlıdır ki, ermənilərin «Qolos Armenii» saytı bütün bunları, nədənsə, «kinsizliyin yüksəkliyi» kimi dəyərləndirir. Sayt daha sonra yazır: «Bu vaxta qədər postsovet ölkələrində baş verən rəngli inqilablar heç bir iqtisadi inkişafa səbəb olmayıb. Keçən il Ermənistanda baş vermiş kobud “rəng çirkinliyi” haqqında da bunu demək olar. Nikol Paşinyan son bir il yarım ərzində iqtisadiyyatdakı vəziyyətin daha da pisləşdiyinə görə, bəhanə axtarsa da, artıq yerli insanlar hər gün onun komandasının dövləti idarə edə bilməməsini müşahidə etməkdədirlər. Hətta «inqilabçılar» hakimiyyətə gəldikləri gündən indiyədək İrəvanda adicə zibil toplama işini təşkil edə bilməyiblər. Təbii ki bu, o qədər problemli məsələ olmasa da, bunun gündəlik olaraq mətbuata çıxarılması onların hansı səviyyəli şəxslər olduğundan xəbər verir. Doğrudur, onlar küçə hərəkatında Paşinyana yarınan pərgarlıq nümayiş etdirsələr də, ancaq dövlət idarəçiliyində naşıdırlar. Loru dildə desək, dövləti idarə etmək onlarlıq deyil. Təbii ki, bunu sadə erməni xalqından daha çox, Nikolun özü anlamağa başlayıb. Məhz belə olan halda, biçarə Nikol nə etməlidir? Bax bu halda, Paşinyan deyəsən, işə yarayan nəsə tapa bilib. Belə ki, 2014-cü ildə ölkədəki «cəsur insanlar» tərəfindən yazılmış «dövlətdəki həqiqi vəziyyəti izah edən gizli bir sənəd haqqında qorxunc bir rəvayət» xalqı sevən digər «cəsur insan» -Nikol Paşinyan tərəfindən ortaya qoyuldu».

“Onlar küçə hərəkatında pərgarlıq nümayiş etdirsələr də dövlət idarəçiliyində naşıdırlar. Loru dildə desək, dövləti idarə etmək onlarlıq deyil”

Məsələ bundadır ki, təəssübkeş baş nazir ailəsi ilə birlikdə Sevanda istirahət etdiyi dövrdə belə bu gizli sənədi xalqa faş edib-etməməsi ilə bağlı tərəddüddə bulunub.
Lakin nə qədər təəccüblü olsa da erməni saytı bütün bunları Nikolun növbəti bir hiyləsi kimi qələmə vermək istəyir. Onun bu yolla xalqı yenidən aldatmağa çalışdığını bildirirlər. Başqa bir məqam isə saytın dili ilə desək, Paşinyanın cəsarətliliyi ilə diqqət çəkir: «Hökumət başçısı dövlət qurumundan "Tam məxfi" başlığı ilə bir sənəd çıxarır, eyni zamanda, gizlilik səbəbiylə adını səsləndirə bilmədiyini şəxsi internet səhifəsində canlı olaraq elan edir».
Saytın etirafına görə, artıq ölkənin siyasi dairələrində gizli sənəd ətrafında ciddi ehtiraslar alovlanmaqdadır. Məsələ bundadır ki, Paşinyanın «məxfi sənəd»lə bağlı verdiyi açıqlamada sözarası «biz hər şeyi təzədən başlamalı olacağıq!» deməsi, onun hələ ki, xalqı qane etməyən hakimiyyətini hər vəhclə qorumasına hesablandığından xəbər verir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.08.2019
Erməni alimlər son 10 ilə aid tarix kitablarını yaza bilmirlər
20.08.2019
“Qolos Armenii”: “Paşinyan Ermənistanda söz azadlığını məhdudlaşdırır”
20.08.2019
Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirib
19.08.2019
Ermənistan parlamenti aparatında çalışan işçilər ixtisar edilir
19.08.2019
Keşiş Vartanın uydurduğu “Erməni Naxçıvanı“ mifini tarmar edən əsər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info