“Tarixin sürprizlərinə hazır olmalıyıq”
Tarix: 08.08.2019 | Saat: 16:53:00 | E-mail | Çapa göndər


Namiq Əliyev | Tarix üzrə fəlsəfə doktoru

“Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağın ilhaqı ilə bağlı son açıqlamasına bir neçə aspektdən yanaşmaq olar”.
Bunu SİA-ya açıqlamasında “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev deyib. Onun sözlərinə görə, əvvəla, sual yaranır ki, Paşinyan “Dağlıq Qarabağın Ermənistan olması” barədə açıqlamasını niyə İrəvanda yox, məhz Xankəndidəki mitinqdə dilə gətirdi? Bəllidir ki, onun hakimiyyətə gəlməsindən sonra Dağlıq Qarabağ mənşəli bir çox məmurlar, yüksək rütbəli zabitlər işdən qovulub, hətta bəziləri həbs edilib: “Nəticədə, regionla rəsmi İrəvan arasında ciddi narazılıq yaranıb, baş nazirin mövqeyi Dağlıq Qarabağda çox zəifdir. Odur ki, Paşinyan özünü separatçıları daha çox dəstəkləyən, bu məsələdə güzəştə getməyən, barışmaz adam kimi göstərmək üçün belə bəyanat verir. Digər tərəfdən də bu çıxışı ilə özü-özünü ifşa edir. Xatırlayırsınızsa, bir qədər əvvəl deyirdi ki, o, Dağlıq Qarabağ adından danışa bilməz! Deməli, onun əvvəlki açıqlamaları yalan və cəfəngiyatdan başqa bir şey deyilmiş. Azərbaycan tərəfi dəfələrlə bildirib ki, Ermənistan danışıqları uzadır, işğalçı siyasətindən əl çəkmək istəmir, beynəlxalq ictimaiyyəti aldadır və s. Paşinyanın son açıqlaması Azərbaycan rəsmilərinin bu fikirlərinin doğru olduğunu sübut etdi. Paşinyanın bəyanatı ATƏT-in Minsk qrupunun fəaliyyətinə də hörmətsizlikdir. Azərbaycan cəmiyyəti haqlı olaraq ATƏT-in Minsk qrupu həmsədrlərinin bu açıqlamaya münasibətini gözləyir. Təbii ki, həmsədrlər Dağlıq Qarabağın ilhaqı ilə bağlı beynəlxalq hüquqa zidd olan belə bəyanatı qəbul edə bilməzlər. Digər tərəfdən, Aprel döyüşləri göstərdi ki, Azərbaycan xalqı Dağlıq Qarabağın və ətraf rayonların işğalı ilə heç vaxt barışmayacaq və barışa da bilməz. Sadəcə, daimi olaraq hərbi gücümüzü artırmalı, sabitliyi qorumalı, dövləti möhkəmləndirməli və tarixin sürprizlərinə hazır olmalıyıq”.
Gülyanə




 
Müəllifin son yazıları

03.12.2019 “Başqa ölkələrdə “erkən seçki” olanda, müxalifət sevinir...”
29.10.2019 Tarixə düşən islahatlar...
17.10.2019 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
02.10.2019 “Bəzi müxalifətçilər gəncliklərini xəyallara qurban verdilər”
18.09.2019 “Mitinqlər inkişaf etmiş cəmiyyətlər üçün xarakterik deyil”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11405

1 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
2 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
3 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar
4 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”
5 Regionların inkişafı bütövlükdə Azərbaycanın inkişafı deməkdir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info