“Görünən odur ki, Ermənistan hələ də öz işğalçılıq siyasətindən əl çəkməyib”
Tarix: 08.08.2019 | Saat: 18:35:00 | E-mail | Çapa göndər


Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndinə sonuncu səfərində Qarabağın Ermənistana məxsusluğu ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycanda ciddi rezonansa səbəb olub. Baş verənləri rəsmi İrəvanın növbəti həyasızlığı kimi dəyərləndirən bəzi siyasətçilər, partiya sədrləri və vətəndaş cəmiyyəti nümayəndələri məlum bəyanatdan sonra Azərbaycanın Qarabağ probleminin həllində daha sərt addımlar atmasının vacibliyini vurğulamaqdadır.
Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Paşinyanın məlum bəyanatı və bu bəyanatın doğurduğu situasiyanı şərh edib: “Hər şeydən əvvəl, ATƏT-in Minsk qrupuna həmsədrləri Paşinyanın bəyanatına çevik şəkildə münasibət bildirməlidirlər. Bu bəyanat sübut edir ki, Ermənistan heç də problemin sülh yolu ilə həllinə maraq göstərmir, təxribatçı fikirlərlə həm beynəlxalq ictimaiyyəti çaşdlrmağa çalışır, həm də danışıqlardan yayınmağa cəhd göstərir. Paşinyan dünya ictimaiyyətinin gözü qarşısında tarixi həqiqəti inkar edərək Qarabağın Ermənistana məxsusluğunu iddia edir. Bununla bir daha sübut edir ki, Qarabağ probleminin arxasında məhz Ermənistan dayanır. Paşinyan sözdə Qarabağ probleminin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirsə də, əməli baxımdan separatçı mövqe tutub və işğalçılıq siyasətindən əl çəkmək istəmir. Odur ki, dünyanın aparıcı dövlətləri, xüsusilə də Rusiya, ABŞ və Fransa, eləcə də BMT, ATƏT baş verənlərə münasibət bidlriməlidirlər”.
O, hesab edir ki, Paşinyan hökumətinə qarşı xüsusi sanksiyalar tərbiq edilməlidir. Onun bu addımına hüquqi qiymət verilməlidir: “Paşinyan beynəlxalq təşkilatlar tərəfindən də qınaq hədəfinə çevrilməlidir. İrəvana qarşı siyasi, iqtisadi və hərbi sanksiyalar tətbiq olunmalıdır. Erməni separatçılarının işğaldakı torpaqlardan çıxarılması üçün ölkəmizə dəstək verilməlidir. Bütün bu addımların atılması işğalçının cəzalandırılması, işğala məruz qalan ölkənin hüquqlarının qorunması baxımından zəruridir.
Baş verənlərə qonşu ölkələr də münasibət bildirməli, öz mövqelərini açıq şəkildə ortaya qoymalıdırlar. Ermənistanla siyasi-iqtisadi əlaqələrə malik olan İran və Rusiyanın belə bir mövqe ortaya qoyması xüsusilə vacibdir. Onlar erməni separatçılarına qarşı mübarizədə ölkəmizə dəstək verməli, ədalətin yanında yer almalıdırlar. Aparıcı dövlətlər də bu məsələdə susqunluq sərgiləməməlidir.
Maraqlıdır, aparıcı dövlətlərin ərazisində hansısa xalq özünə ikinci bir dövlət yaratmaq istəsə, onların reaksiyası necə olar? Onlar buna razı olarlarmı? Əlbəttə, olmazlar! Əgər olmazlarsa, o zaman niyə Azərbaycanın haqlı mövqeyinə, haqlı tələbinə dəstək vermirlər? Onlar unutmasınlar ki, Qarabağ gərginliyi alovlana və beynəlxalq münaqişəyə çevrilə bilər. Bu isə bütün region, bütün dünya üçün ciddi təhlükə deməkdir”.
Cəlil Xəlilov deyib ki, bununla bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayacaq, bəyanatlarla çıxış edəcəklər: “Tələb edəcəyik ki, təcili olaraq aparıcı dövlətlər, beynəlxalq təşkilatlar bu məsələyə münasibət bildirsinlər. Ermənistanı işğalçılıq iddiasından əl çəkməyə vadar etsinlər”.
Onun fikricə,Ermənistan Azərbaycanı məcbur edir ki, danışıqları dayandırıb torpaqların hərbi yolla azad edilməsi istiqamətində addımlar atsın: “Azərbaycanın öz torpaqlarının sahibi kimi belə bir addım atmağa hüququ var. Azərbaycan sülhməramlı ölkədir.
Xalqın səbri tükənib. Biz problemin sülh yolu ilə həllinə nail olmaq üçün beynəlxalq hüquq və praktikanın bütün imkanlarından istifadə etmişik. Ölkə başçımız problemin danışıqlar yolu ilə həllinə böyük qüvvə və enerji sərf edib. Bütün imkanlardan istifadə olunub ki, problem sülh yolu ilə həll edilsin. Lakin görünən odur ki, Ermənistan hələ də öz işğalçılıq siyasətindən əl çəkməyib.
Ermənistan bununla beynəlxalq hüquqi normalarını təhlükə altında qoyur, bunu qəbul etmədiklərini göstərirlər. Bu isə Azərbaycanın səbrini daşırmaqdadır. Odur ki, əgər Ermənistan təxribatlarından əl çəkməzsə, bu, Azərbaycanı Qarabağ probleminin həllini fərqli müstəviyə daşımaq məcburiyyəti ilə üz-üzə qoya bilər”.

Azərbaycan Dağlıq Qarabağda film çəkilişlərinə etiraz olaraq Rusiyaya müraciət edəcək
Yeri gəlmişkən, ermənilər Dağlıq Qarabağda davamlı olaraq təxribatlar yaradırlar. Növbəti olaraqsa erməni kinorejissor Robert Def və rusiyalı kinorejissor Rano Kubayeva işğal altındakı Dağlıq Qarabağda “Valter” adlı film çəkməyə hazırlaşırlar. Filmdə məşhur fransalı aktyor Bibi Naseri də rol alacaq. Artıq məsələ ilə bağlı Moskvanın Azərbaycan İcması Rusiyanın Mədəniyyət naziri Vladimir Medinskiyə müraciət edib. Azərbaycan Mədəniyyət Nazirliyi isə erməni və rusiyalı kinorejissorların işğal altındakı Dağlıq Qarabağda film çəkilişlərinə etiraz olaraq Rusiya Mədəniyyət Nazirliyinə müraciət edəcək. Bu barədə APA -nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov bildirib.
O qeyd edib ki, hazırda Mədəniyyət Nazirliyinin müraciəti hazırlanır və müraciət yaxın günlərdə Rusiya Mədəniyyət Nazirliyinə göndəriləcək.
Bu arada Bolqarıstan parlamentinin deputatları Valeri Simeonov və İordan Apostolovun Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfər edib və oradakı qondarma rejimin nümayəndələri ilə görüşlər keçiriblər. Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Elman Nəsirov “Trend”ə deyib ki, Bolqarıstan parlamentinin deputatlarının bu səfəri birbaşa beynəlxalq hüquq pozuntusudur. “Çünki Dağlıq Qarabağdakı qondarma rejimi dünyanın heç bir dövləti tanımır, hətta işğalçı Ermənistanın özü belə tanıya bilməyib”, deyə o əlavə edib.
E.Nəsirov bildirib ki, NATO-nun, Avropa İttifaqının üzvü olan Bolqarıstan kimi bir dövlətin deputatlarının belə bir addım atması eyni zamanda qondarma rejimi legitimləşdirmək cəhdi kimi də qiymətləndirilməlidir:
“Belə addımlar, əslində, Avropa İttifaqı, NATO üzvü olan dövlətlərin beynəlxalq arenada davranışları ilə bağlı üzərinə götürdükləri öhdəliklərə tamamilə ziddir və hesab edirəm ki, belə səfərlərə onların şəxsi arzuları, fərdi səfərləri kimi yanaşmalar qəbuledilməzdir. Bəzən, belə halların şahidi oluruq ki, müvafiq dövlətlərin yüksək rütbəli təmsilçiləri Dağlıq Qarabağa analoji səfərlər etdikdən sonra onların rəhbərləri vəziyyətdən çıxmaq üçün belə ifadələr işlədirlər ki, guya bu səfər dövlətin mövqeyi ilə üst-üstə düşmür, bu, onların şəxsi səfəridir və s. Bu kimi yanaşmalar kökündən yanlışdır.
Xüsusilə, nəzərə alsaq ki, Bolqarıstandan olan bu iki deputatın Dağlıq Qarabağa səfəri zamanı qondarma rejimin qondarma “parlamenti”nin qondarma “spikeri” ilə danışıqlar aparması, ümumiyyətlə bir daha nümayiş etdirir ki, bu addım əslində separatçı rejimə legitimlik gətirmək əlamətidir”.
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
21.10.2019
“Ermənistanda faşizim, nasizm, terrorizmin qəhrəmanlaşdırılması artıq bir siyasi mədəniyyətə çevrilib”
17.10.2019
“Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil”
15.10.2019
“Özbəkistan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
14.10.2019
“Dağlıq Qarabağ erməni icmasının yeganə çıxış yolu bayrağımız altında yaşamağa razılıq verməkdir”
10.10.2019
“Münaqişə nizama salınana qədər əsas birləşdirici ideya “Qarabağ Azərbaycandır“ olmalıdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
5 Prezident: Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, bilikli, gənc kadrlar işə cəlb edilməlidir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info