Şəkidə gənclər üçün art-texnologiyalar yay məktəbi
Tarix: 22.08.2013 | Saat: 15:21:00 | E-mail | Çapa göndər


“YeniSi” Ədəbiyyat və Mədəniyyət Təzahürləri Mərkəzi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə gənc araşdırmaçılar üçün “YeniSi” art-texnologiyalar yay məktəbi keçirib. Şəki şəhərində baş tutan yay məktəbində gənclər individual baxış formalaşdırmağa, yeni incəsənət araşdırma texnologiyalarını oyrənməyə yönəlmiş təlimlərdən faydalanıblar.
Məktəbin açılışında Azərbaycan Gənclər Fondunun nümayəndəsi Orxan Ərəbov, YeniSi Ədəbiyyat və Mədəniyyət Təzahürləri Mərkəzinin icraçı direktoru Maral Mustafazadə, təşkilatın media direktoru Aydan Məqsəd qızı və art-direktoru Heyran Mustafayeva çıxış edərək daim inkişaf edən incəsənətin yeni araşdırıcılarının yetişməsinin önəmindən danışmış, bu cür spesifik auditoriya üçün nəzərdə tutulmuş yay məktəbinin ilk dəfə keçirildiyini vurğulayıb.
Xatırladaq ki, yay məktəbində iştirak üçün gənclər bir ay müddətində incəsənət problemlərini əks etdirən yazıları ilə müraciət etmişdilər. İştirakçılar uğurlu yazıların müəllifləri sırasından intervyu vasitəsi ilə seçilib. Dörd günlük yay məktəbində gənclər “Təsviri incəsənətin əsasları, sənət əsərini necə anlamalı”, “Estetika anlayışı və bugün”, “Layihələrin yazılması və idarə olunması”, “Ədəbi tənqid haqqında, Ədəbi tənqidi necə yazmalı”, “Blog anlayışı və blogging” təlimlərinin iştirakçısı oldular, qazandıqları bilik və bacarıqların nəticəsi kimi fərdi layihələrini təqdim etdilər, Şəki şəhərinin mədəniyyət abidələri ilə tanışlıq qazandılar, maraqlı və faydalı zaman keçirdilər.
Qeyd edək ki, layihənin davamında iştirakçılar yeni araşdırma işlərini təqdim edərək, sertifikatla təltif olunacaq. Yay məktəbinin məzunları olan araşdırmaçı gənclərlə “YeniSi”nin əməkdaşlığı davamlı olacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ixracda birinci yerdədir
21.02.2019
Anar Quliyev: “Bakı şəhərinin Baş planının hazırlanması üçün texniki işlərə başlanılacaq”
21.02.2019
Azərbaycan şirkətləri ərəb ölkələrinə qazsız su və meyvə qurusu ixrac edəcək
21.02.2019
Tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınması üzrə elektron müraciət sistemi təqdim edilib
21.02.2019
Nuran Kərimov: “Vergilər Nazirliyi prioritet məsələlərin həlli ilə məşğuldur və bu istiqamətdə ciddi nəticələr gözlənilir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info