Əncir yarpaqlarının bilinməyən faydaları
Tarix: 09.08.2019 | Saat: 00:43:00 | E-mail | Çapa göndər


Şəkəri salır, ürəyi qoruyur, damarları təmizləyir...

Ən qədim mədəni bitkilərdən biri olan əncir həm çox dadlı, həm də çox faydalı, müalicəvi meyvədir. Dahi Avisenna ənciri yaşlı insanlar üçün ən yaxşı, ömrü uzadan qida hesab edirdi.
Saglamolun.az bildirir ki, əncirin yarpaqları da müalicəvi xüsusiyyətlərə malikdir. Hələ qədimdə təbiblər öskürəyi, soyuqdəyməni əncir yarpaqlarının dəmləməsi ilə müalicə edirdilər.
Əncir yarpaqlarının tərkibində olan fisin damarlarda trombları əridir, yeni trombların əmələ gəlməsinin qarşısını alır və bununla da infarkt və insultun riskini azaldır. Bu xüsusiyyətə görə əncir və əncir yarpaqlarını hətta “təbii aspirin” də adlandırırlar.
Bundan əlavə əncir yarpaqlarının dəmləməsi qanda xolesterin və triqliseridlərin səviyyəsini aşağı salaraq ürək və damarı xəstəliklərinindən qoruyur. Bütün bunlara görə əncir yarpaqlarından hazırlanmış çay ürək xəstəliklərindən və yüksək təzyiqdən əziyyət çəkənlər üçün çox faydalı sayılır.
Əncir yarpaqlarının xərçəng və mikrob əleyhinə xüsusiyyətləri də var.
Əncir yarpaqlarının dəmləməsi şəkərli diabetdən əziyyət çəkənlərə böyük fayda verə bilər. Bu çayın istehlakı qanda şəkərin səviyyəsini tənzimləyir və bununla da xəstənin qəbul etdiyi dərmanların miqdarını azaltmağa kömək edir.
Əncir yarpaqlarından çay hazırlamaq üçün termosa 2 x.q. xırda doğranmış yarpaqları tökün, üzərinə yarım l qaynaq su əlavə edin, 1 saat dəmləyin.
Bu çay öskürək, bronxit, soyuqdəymə zamanı da çox yaxşı yardım edir.




 
Bölməyə aid digər xəbərlər
29.01.2020
Ürəyi və sinirləri möhkəmləndirən göyərti
28.01.2020
Qatıq və suyu insanı nəyə qarşı qoruyur?
27.01.2020
Klinikadan təqdirəlayiq addım!
26.01.2020
Çində yayılan koronavirusdan sağalmaq olurmu?
25.01.2020
Yaşlanmanı dayandırmağın yolu

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
2 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək
3 Ermənistanda sosial narazılıq artır: fermerlərin kütləvi mitinqi bütün ölkəyə yayılır
4 ABŞ “doğum turizmi”nə qarşı mübarizə aparmaq qərarına gəlib
5 Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info