Satınalmalarla bağlı qanunvericiliyin pozulmasına görə cərimə müəyyən edilib
Tarix: 09.08.2019 | Saat: 19:49:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
Dəyişikliyə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308-2.1-ci maddəsinə “açıq tender üsulu ilə” sözlərindən sonra “və ya açıq tender üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə” sözləri və “metodlarından” sözündən sonra “(vasitəsindən)” sözü əlavə edilir.
İnzibati Xətalar Məcəlləsində 445-1.1.2-ci maddəyə “açıq tender üsulu ilə” sözlərindən sonra “və ya açıq tender üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə” sözləri və “metodlarından” sözündən sonra “(vasitəsindən)” sözü əlavə edilir.
Eyni zamanda aşağıdakı məzmunda 445-1.6-cı maddə əlavə edilir:
“445-1.6. Satınalan təşkilat tərəfindən malların (işlərin və xidmətlərin) satın alınmasının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə həyata keçirilməli olduğu halda, digər sahibkarlıq subyektlərinin iştirakı ilə həyata keçirilməsinə görə
vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.”.




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Taliban hücum etdi, çox sayda mühafizәçi hәlak oldu
17.10.2019
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 790 min manat ayrılıb
17.10.2019
Faiq Qarayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib
17.10.2019
Müəllimlərin mərhələli şəkildə sertifikasiyasına başlanılacaq
17.10.2019
Direktorlara xəbərdarlıq edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 Kaliforniyada xəz dəri satışına və heyvanların sirklərdə istifadəsinə qadağa qoyulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info