Tutulmuş və həbs edilmiş şəxslərin məcburi dövlət genom qeydiyyatı aparılacaq
Tarix: 11.08.2019 | Saat: 02:02:00 | E-mail | Çapa göndər



Nazirlər Kabineti “İstintaq təcridxanalarının daxili intizam Qaydaları” və “Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, qüvvədə olan Qaydalara əsasən, istintaq təcridxanalarına daxil olan həbs edilmiş şəxslər müəssisənin böyük inspektoru (rəisin növbətçi köməkçisi), qarovul rəisi, qeydiyyat hissəsinin əməkdaşı, böyük inspektor (psixoloq) və tibbi-sanitariya hissəsinin tibb işçisi tərəfindən qəbul edilirlər. Böyük inspektor (rəisin növbətçi köməkçisi) istintaq təcridxanasına gətirilmiş şəxsin qəbul edilməsinə əsas verən sənədləri yoxlayır və həmin şəxsi sorğu edərək cavabları şəxsi işdə olan məlumatlarla müqayisə edir.
Qeydiyyat hissəsinin əməkdaşı tərəfindən kompüter məlumat bazasına müəssisəyə yeni daxil olmuş həbs edilmiş şəxslər barədə tam məlumat daxil edilir, onların fotoşəkilləri çəkilir. İndiyə qədər qeydiyyat hissəsinin əməkdaşı tərəfindən həbs edilmiş şəxslərin daktiloskopik qeydiyyatı aparılıb. Dəyişikliyə əsasən, həbs edilmiş şəxslərin “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanununda nəzərdə tutulmuş hallarda məcburi dövlət daktiloskopik və məcburi dövlət genom qeydiyyatı aparılacaq.
“Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları”nda da tutulmuş və ya həbs edilmiş şəxslərə münasibətdə də anoloji prosedur tətbiq olunacaq.
Qeyd edək ki, daktiloskopik məlumat insanın şəxsiyyətini müəyyən etməyə imkan verən, onun əl barmaqlarındakı papilyar naxışların quruluşunun xüsusiyyətləri haqqında məlumatdır. Dövlət genom qeydiyyatı insan şəxsiyyətinin eyniləşdirilməsi üçün genetik məlumatların əldə olunması, uçotu, saxlanılması və istifadəsi üzrə fəaliyyətdir. Genetik məlumat insanın şəxsiyyətini müəyyən etməyə imkan verən dezoksiribonuklein turşusu (DNT) analizinin keçirilməsi ilə əldə edilən məlumatdır.




 
Bölməyə aid digər xəbərlər
15.08.2020
Kafe və restoranların iş qrafiki açıqlanıb
14.08.2020
Eldar Həsənov məhkəməyə gətirildi
14.08.2020
Tələbkarlıq və məsuliyyət artırılmalıdır
14.08.2020
Mədəniyyət Nazirliyində yeni təyinat olub
14.08.2020
İcra nüməyəndəsinin cinayət işi məhkəməyə göndərildi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11586

1 Sabahdan Rusiyadan Türkiyənin turizm mərkəzlərinə aviareyslər başlayır
2 Almaniyada həşəratların qorunması haqqında qanun layihəsi
3 Toyuqlu arpa əriştəli plov -VİDEO
4 Hikmət Hacıyev: “Qanunsuz rejimi “azad ölkə” kimi tanıyan Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyası danışıqlara vurulmuş ağır zərbədir”
5 Malayziya turistlər üçün sərhədi müəyyən istiqamətlər üzrə açacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info