Görkəmli şəxsiyyətlərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi proseduru dəyişib
Tarix: 11.08.2019 | Saat: 03:00:00 | E-mail | Çapa göndər




Nazirlər Kabineti “Görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın yaradılması haqqında" qərarında dəyişiklik edib.

APA-nın məlumatına görə, qüvvədə olan qərara əsasən, Görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın sədri baş nazirin müavini, Komissiyanın katibi Nazirlər Kabineti Aparatının humanitar və sosial məsələlər şöbəsinin müdiri, Komissiyanın üzvləri müdafiə, daxili işlər, mədəniyyət, gənclər və idman, təhsil, səhiyyə, maliyyə və əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri, Əmlak Məsələləri Dövlət Komitəsi və Dövlət Turizm Agentliyinin sədrinin müavinləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti və Milli Arxiv İdarəsinin rəisinin müavinləri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədridir.
Dövlət müəssisələrinin, təşkilatlarının, idarələrinin və digər obyektlərin adlarının dəyişdirilməsi, onlara görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin adlarının verilməsi ilə əlaqədar daxil olmuş təkliflər və Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında qaldırılmış vəsatətlər Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının aidiyyəti şöbələri tərəfindən araşdırılır və nəticəsi barədə arayışla birlikdə baxılması üçün bu Komissiyaya təqdim edilir.
İndiyə qədər bu Qərardan irəli gələn digər məsələlər “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli fərmanına əsasən həll edilib. Dəyişikliyə əsasən, bundan sonra Komissiyada baxılan təklif və vəsatətlər məqsədəuyğun hesab edildikdə, bu barədə Komissiyanın sədri tərəfindən Baş Nazirə müraciət olunacaq. Hazırlanmış təkliflər (layihələr) Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırıldıqdan sonra, Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul ediləcək.




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info