“Paşinyan “iqtisadi inqilab“ barədə necə danışa bilər?“
Tarix: 11.08.2019 | Saat: 12:00:00 | E-mail | Çapa göndər


Bu “artım”ın bu ilin sonuna və ya gələn ilin əvvəlinə qədər dayanacağını istisna etmirəm. Məsələ bundadır ki, 2019-cu ilin birinci yarısı üçün büdcə xərcləri 2017-ci ilə nisbətən xeyli azdır”. Bu barədə Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan öz “Facebook” səhifəsində yazıb.
Gəlirlərin, hökumət üzvlərinin dediyi kimi, o qədər də artmadığını bildirən Baqratyan ölkədə vergilərin ÜDM-yə nisbətinin hələ də dəyişməz olaraq qaldığını bildirib. Onun fikrincə, “artım” əsasən sabah və ya o bir gün olmaya biləcək sahələrə, məsələn, avtomobil satışlarına görə sabitdir: “Lakin bütün bunlara rəğmən “artım”ın bu ilin sonu və ya gələn ilin əvvəlində dayanacağı mümkündür. Əslində mən bunu istisna da etmirəm. Çünki ötən ilin 8 ayı hakimiyyətdə olan indiki hökumət büdcə gəlirlərinin artdığı barədə yalanlar uydursa da, ancaq ilin sonuna gəlirlər planlaşdırılan 1343.5 milyard əvəzinə 1340.9 milyard dram təşkil etdi. Reallıq budur ki, 2018-ci ildə dövlət büdcəsinin xərcləri 1.446.3 milyard dram təşkil etmişdi. Habuki, 2017-ci ildə bu göstərici 1503,8 milyard olmuşdu. 2019-cu ilin birinci yarısında büdcə xərcləri 2018-ci ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz və ya 14,6 milyard dram, yəni 2017-ci ilin birinci yarısına nisbətən isə 12 milyard dram az olub”.
Baqratyana görə, bütün bunlara baxmayaraq, Nikol Paşinyanın Ermənistanda "iqtisadi inqilab və artım” haqqında dedikləri adamda ikrah hissi oyadır: “Mən burada Paşinyana belə bir sual ünvanlamaq istəyirəm: əgər siz ölkədə, doğrudan da, belə bir böyük tərəqqiyə nail olmusansa, bu halda əldə edilən vəsaitin hara ünvanlandığını söyləyin. Maraqlıdır ki, hökumət üzvlərindən heç biri hələ də bu suala konkret cavab verməyib. Bütün bunlara rəğmən, Nikol və onun komandasının Ermənistanı hara aparacağı hələ də qaranlıq olaraq qalır”.
Ağasəf Babayev







 
Bölməyə aid digər xəbərlər
06.08.2020
Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib
06.08.2020
“Məni koronavirusa qəsdən yoluxdurublar”
06.08.2020
Ermənistanda yol qəzasında bir hərbçi ölüb, 3 hərbçi yaralanıb
05.08.2020
Rusiyada hərbi təlimlər zamanı körpü çökdü - Onlarla yaralı var
04.08.2020
Rusiyada miqrantlara iş icazəsi verilməsi proseduru dəyişdirilə bilər

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
2 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
3 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin
4 Dünya nəhənginin yaradılması yolunda ilk addımı atmışıq, öz Henri Fordumuz, öz “Arzu-1“miz -VİDEO
5 Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info