Şamaxıda sahibkarlara güzəştli kreditlər verildi
Tarix: 22.08.2013 | Saat: 17:48:00 | E-mail | Çapa göndər


Avqustun 22-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini Şamaxı rayonunun Həmyəli kəndində keçirib. Tədbirdə 100-dən çox sahibkar iştirak edib. Tədbirdən əvvəl rayonun Çarhan kəndində müasir soyuducu anbar kompleksində aparılan tikinti işlərinə və 60 hektar ərazidə salınan yeni üzüm bağına baxış keçirilib.
Sonra Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Şamaxı rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və rayonda prioritet hesab olunan müasir heyvandarlıq kompleksinin, ət kəsimi müəssisəsinin, kiçik və orta həcmli üzümçülük təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ölkənin digər regionları kimi, Şamaxıda da yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd edib.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev çıxışında ölkədə sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıb, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən tədbirlər barədə məlumat verib.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bu ilin ötən dövrü ərzində fondun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 2871 investisiya layihəsinin maliyyələşdirilməsinə 216.8 milyon manat güzəştli kredit verildiyini, bu kreditlər hesabına 8700-ə yaxın yeni iş yerinin yaradılacağını qeyd edib. Bildirilib ki, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 980-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 33 milyon manat güzəştli kreditlər verilib. Bu kreditlər hesabına 4200-dən çox yeni iş yerlərinin yaradılması nəzərdə tutulur.
Tədbirin sonunda müvəkkil kredit təşkilatları vasitəsilə Şamaxı və ətraf rayonlarda fəaliyyət göstərən 57 sahibkara 688 min manat güzəştli kredit verilib. Bu kreditlər əsasən heyvandarlıq, arıçılıq, quşçuluq, üzümçülük, yun emalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşması 90-a yaxın yeni iş yerinin yaradılmasına imkan verir.
“Sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbirləri davam etdirilir.


İlkin




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir
15.11.2018
Fransada keçirilən Forumda Azərbaycanda innovativ iqtisadiyyatın inkişafından danışılıb
15.11.2018
Dünya azərbaycanlılarının vahid mərkəzdən milli maraqlarımıza xidmət göstərməsi bəzi qüvvələrə sərf etmir
15.11.2018
Əli Əhmədov: “Bundan sonra da kiçik və orta sahibkarlığın inkişafı üçün geniş imkanlar olacaq“
15.11.2018
“Bakutel-2018” sərgisinin ziyarətçiləri lotereya qalibi olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info