Rauf Arifoğlu Əli Kərimliyə: “…Getdi itlərini açıb buraxmağa”
Tarix: 22.08.2013 | Saat: 18:45:00 | E-mail | Çapa göndər


AXCP və Müsavat hər qurumda didişmə paraziti funksiyasını yerinə yetirirlər

Radikal müxalif qurumlar yalnız bir-birilərini sıradan çıxarmağa kökləniblər

Müxalifət düşərgəsində əzəli düşmənlər olan AXCP ilə Müsavatın “ulduzları heç vəchlə barışmır”. Belə ki, bu iki qurum və onların sədrləri olan Əli Kərimli ilə İsa Qəmbər bir-birilərini heç bir yerdə və heç bir məqamda həzm etmək istəmirlər. İstənilən məsələdə tərəflər bir-birilərinə qarşı antoqonizm sərgiləyirlər. Hazırda “milli şura” adlı qurumda təmsil olunan tərəflər elə bir-birilərini sıradan çıxarmaq yarışına girişiblər. “Milli şura”nın artıq tam iflasa uğradığı, seçkiyə qədər bu qurumun hətta adının da qalmayacağı bəllidir. Belə olduğu halda, oradakı müxalif qüvvələr yenidən konfiqurasiya olunmağa vadar olacaqlar. Bu zaman isə Müsavat və AXCP-nin əvvəllər də təmsil olunduqları “ictimai palata”ya geri dönəcəkləri bildirilir. Amma proseslər göstərir ki, bu iki partiyanın didişməsi onların təmsil olunduqları bütün müxalif qurumlarda əsas yoluxdurucu virus rolunu oynamaqdadır. Ona görə də ənənəvi müxalifətçiliyin və köhnə umu-küsülərin əsiri olan bu qurumların təmsil olunduğu bütün müxalif formatlar yaranmamışdan məhvə məhkum olur. Bundan öncə mövcud olmuş əksər müxalif “birlik”lər kimi… “İctimai palata”dan söz düşmüşkən, elə sözügedən iki müxalif qurum “milli şura”dan “ictimai palata”ya dönən ərəfədə bir-birilərini daha amansız və səviyyəsiz atmacalarla aşağılamağa girişiblər. “İctimai palata”nın yığıncağında tərəflər arasında qarşılıqlı ittihamlar amansız şəkildə baş qaldırıb. Əli Kərimli bu zaman Müsavatın təbliğat ruporunun başında dayanan Rauf Arifoğlunun açıq ittihamlarına və tənqidlərinə tuş gəlib. Buna cavab isə özünü həmişə olduğu kimi, çox gözlətməyib. Bu barədə “Facebook”da R.Arifoğlu Kərimlini nəzərdə tutaraq belə yazıb: “Onu bu gün İP-də(“ictimai palata” – İ.) ciddi tənqid elədim. Heç belə olmamışdı... Sonradan dostlardan biri soruşdu ki, nə əcəb heç nə demədi... Dedim, axşam bir baxarsınız... Getdi itlərini açıb buraxmağa... Yanılmadım…” Bununla Arifoğlu demək istəyir ki, Kərimlinin funksionerləri və qəzeti oina qarşı hücuma və təhqirlərə keçib.
Bütün bunlar bir daha ənənəvi radikal qurumların yalnız bir-birilərini sıradan çıxarmağa kökləndiyini, onların hər bir qurumda didişmə paraziti funksiyasını yerinə yetirdiyini ortaya qoymuş olur…

İlkin




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info