“Saxtakarlığın, yalançılığın, xalqı aldatmağın da bir həddi olar”
Tarix: 22.08.2013 | Saat: 18:48:00 | E-mail | Çapa göndər


Müsavat AXCP-ni sərt şəkildə aşağıladı

Son vaxtlar AXCP ilə Müsavat arasında olan qalmaqal yenidən özünün pik həddinə çatıb. Vahid mərkəzdə birləşdiklərini iddia edən bu iki partiyanın funksionerləri öz davalarını artıq açıq müstəviyə keçiriblər. Artıq AXCP rəhbərliyinin tapşırığı ilə bir qrup partiya funksioneri Müsavatın mətbuat orqanına və onun rəhbəri Rauf Arifoğluna qarşı “gözdənsalma” kampaniyasına start verib.
Belə AXCP funksionerlərindən biri də Natiq Adilovdur. Müsavatın mətbuat orqanının rəhbərlərindən olan Azər Ayxan öz “Facebook” səhifəsində AXCP mətbuat xidmətinin rəhbəri Natiq Adilovun ittihamlarına münasibətini ifadə edən statusunda maraqlı məqamları qeyd edib: “Son günlər AXCP rəhbərliyinin tapşırığı ilə bir qrup partiya funksioneri qəzetimizə, Rauf Arifoğluna qarşı çirkin kampaniyaya yenidən start verib. Belə AXCP funksionerlərindən biri də bizə qarşı öz qərəzi ilə seçilən Natiq Adilovdur. Adam “Yeni Müsavat”ı müxalifəti birləşməyə qoymamaqda suçlayır. Halbuki qəzet və R.Arifoğlu müxalifətə, “milli şura”ya hər cür dəstək verir. Dəstəklə yanaşı bu düşərgənin, liderlərin səhvlərini, yanlışlarını yazmaqdan, deməkdən də çəkinmir. Neqativlərin üstünü malalayıb, səhvləri gizlədib “hər şey əladır, yaxşıdır” deyib cəmiyyəti aldatmır, tərəfdarları boş-boşuna ümidləndirmir. N.Adilovun öz “Facebook” səhifəsində “Yeni Müsavat” haqda yazdığı şər, nifrin, böhtan dolu statusuna cavab vermişəm. Həmin cavabı öz səhifəmdə də paylaşmağı lazım bildim.
Sənin lider deyib arxasınca düşdüyün adamın “milli şura”nı, müxalifəti haralara gətirib çıxardığını hələ açıqlığı ilə yazmırıq. Gözləyirik ki, bəlkə Allah ona bir azacıq insaf verər, daha böyük biabırçılıqlar etməz, gec də olsa fiaskoya, məğlubiyyətə aparan yoldan dönər. Yoxsa qabaqdangəlmişlik edirsən, Natiq əfəndi? Böyük bir prosesi məhv edib, çəkilirsiz kənara, olmaya? 2005-də olduğu kimi. Ortada isə söyməyə, bütün günahları üstünə yükləməyə “Yeni Müsavat” var: hər zaman olduğu kimi yenə də müxalifətin bəzi bacarıqsız liderləri öz qabiliyyətsizliklərini, bacarıqsızlıqlarını “Yeni Müsavat”a və Rauf Arifoğluna yükləmək istəyirlər. “Milli şura”nın bu cür biabırçı sonluğa gəlib çatmasının günahı bizdədirmi? Bəlkə Rauf Arifoğlu prosesləri bura gətirib çıxarıb? Axı, ay Natiq, “milli şura”nın başında dayananlardan, qərar verənlərindən biri də sənin liderindir. “Yeni Müsavat”ın işlərin bura gəlib çıxmasında nə suçu, nə günahı var? Ortada böyük bir biabırçılıq var: bilərəkdən, ya bilməyərəkdən “milli şura” adı ilə müxalifətin təxminən 3 ay öncə baş tutan birlik ideyası fiaskoya uğradıldı. Eldar Namazovun, Eldəniz Quliyevin, sənin liderinin və başqalarının yanlış hesablamaları, yersiz iddia və hikkələri müxalifətin işini iflic etdi, proses getmədi, seçkidə Prezident İlham Əliyevə ən ciddi rəqib ola biləcək namizədlərin seçkiyə qatılmasına maneçilik törədildi. İndi bu işlərin məsuliyyətini “Yeni Müsavat”ın üstünə atmağa çalışırsız - utanmadan, vicdanınız ağrımadan, bütün normaları aşaraq. Səsiniz ölkəni başına götürüb. Üz-gözünüzü cırır, saçınızı yolur, şivən qoparırsız. Biz sizin şər və şantajınızla üz-üzəyik. Bu cür nə qədər davam edəcək? Davam edəcəkmi? Davam edə biləcəksinizmi? Axı maskanız yerə düşüb, bir arada onu götürün yerdən... Xalq, tərəfdarlar bilir ki, “milli şura” ideyasını beşiyində boğan, onu qətl edən kim və kimlərdir. Bu "əliqanlı" siyasi hoqqabazları məsuliyyətdən yayındırmaq, sıravi müxalifətçilərin qınağından, tarixin töhmətindən qurtarmaq üçün hər gün bizi şərləyirsiz. Saxtakarlığın, yalançılığın, xalqı, tərəfdarları aldatmağın da bir həddi olar. Səninlə olmayanları, sənin dediyini təkrarlamayanları şərlə, şantaj və təhqir et, mənəvi terrora məruz qoy. Davam edin, cavabınızı alacaqsınız. Amma ən gözəl cavabı sizə xalq və tarix verəcək. Xalq zatən sizə cavabını bu saçmasapan siyasətinizə dəstək verməməklə, sizin yanınızda olmamaqla verir. 2003-də Azərbaycan xalqı sizə öz net mövqeyini bildirdi.Xalqın və tarixin lənətini qazanmaq yolunda sizə uğurlar”.
Azər Ayxanın Əli Kərimli və onun partiyası haqqında səsləndirdiyi bu fikirlər bir daha onu göstərdi ki, radikal müxalifət partiyaları arasında gedən intriqalar, söz davaları bitib tükənən deyil. Görünür, ictimaiyyət radikalların iç üzlərini hələ çox görəcək…
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info