Qurban ətini satmaq olarmı?
Tarix: 12.08.2019 | Saat: 16:12:00 | E-mail | Çapa göndər


Qurban bayramında bəzi bölgələrdə qurbanlıq ətin satılması kimi halla qarşılaşmaq mümkündür.
Xüsusən də qurban kəsməyən şəxslər ət mağazalarından “qurbanlıq ət” adı altında satılan ətlərdən alırlar. Burada məqsəd sırf evdən qurban ətindən bişirilə yeməyin iyinin çıxmasıdır. Daha çox bölgələrdə yaşanan bu vəziyyətə münasibət isə birmənalı deyil.
Maraqlıdır ki, qurbanlıq ətin pulla satılması doğrudurmu?
Məsələ ilə bağlı ilahiyyatçı Hacı Surxay Məmmədli açıqlamasında bildirib ki, qəssabların “qurban əti” adı altında ət satması doğru addım deyil:
“Qurban insanın Allaha yaxın olması, onun razılığını qazanmaq məqsədilə etdiyi xeyir əməldir. “Qurban” sözünün mənası “Allaha yaxınlaşmaq” deməkdir. Yəni, Qurban bayramında sosial yardımlaşma və paylaşma anlayışı var. Hər qurbanlıqda Allah rizası olmalıdır. Bütün dini ayinlərin icrası Allaha yaxınlaşmaq məqsədi daşıyır. O cümlədən, Qurban bayramı bir ibadətdir. Qurbanlıq insanın gücü miqdarında olmalıdır. Yəni, bəndənin bir qoyun, keçi, dəvə və ya inək kəsmək iqtidarı varsa, qurban alıb kəsməlidir. Qurban payı 3 yerə bölünür. Bu paylar insanın öz ailəsinə, qonşulara və ehtiyacı olan ailələrə və nəhayət bacı-qardaşa verilir. İnsanın bazardan aldığı ət qurban əti sayılmır”.
İlahiyyatçı vurğulayıb ki, qurbana xüsusi dua oxumaq və ona şərik olmaq zəruridir:
“Heyvan kəsilmədən öncə onun bəslənməsi və qulluq edilməsi qurbanlıq niyyəti ilə edilməlidir. Qurban bayramında xüsusən də ehtiyacı olanlara qurban əti verilməlidir. Peyğəmbər (s.ə.s) adətən iki qurban kəsərdi. Onlardan biri özü, digəri isə ehtiyacı olan insanlar üçün olurdu. Bütün hallarda isə qurban əti satılmamalıdır”.
Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda avqustun 12-si və 13-ü qeyri-iş günüdür.(Saglamolun.Az)




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
Bu element qonşu ulduz sistemlərindən dünyamıza çatan bir qalıqdır
23.08.2019
Bankomat kartı geri qaytarmırsa, nə etməli?
23.08.2019
Ən çox qida zəhərlənməsi baş verən istirahət mərkəzləri
23.08.2019
Rusiyada şəhərdən regionlara köçənlərin sayı ilbəil artır
23.08.2019
“47 yaşım var və cəmi 10 dəfə sərxoş olmuşam“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info