“Yəmənli ailələrin Qurban bayramında sevdiklərini qucaqlamaq yerinə yas tutması təəssüf doğurur“
Tarix: 12.08.2019 | Saat: 18:45:00 | E-mail | Çapa göndər



Bunu BMT-nin Yəmən üzrə koordinatoru Liz Qrande Birləşmiş Millətlər Təşkilatının Yəmən Ofisinin verdiyi yazılı açıqlamasında bildirib.

Yəmənin cənubundakı müvəqqəti paytaxt Ədəndə son dörd gündə davam edən toqquşmalar zamanı 40 mülki vətəndaş öldü, 260-ı yaralandı.
Birləşmiş Millətlər Təşkilatının Yəmən Ofisindən verilən yazılı açıqlamada ilkin nəticələrə görə, 8 avqust tarixində Ədən şəhərində 40 mülki vətəndaşın öldüyü və bu günə qədər davam edən qarşıdurmalarda 260 mülki vətəndaşın yaralandığı bildirildi.
BMT-nin Yəmən üzrə koordinatoru Liz Qrande açıqlamada: "Yəmənli ailələrin Qurban bayramı zamanı sevdiklərini dinc şəkildə qucaqlayacaqları yerinə yas tutması təəssüf doğurur. Ölənlərin ailələrinə başsağlığı veririk" ifadəsini işlətdi.
Qrande Yəməndəki bütün münaqişə tərəflərini mülki vətəndaşları qorumaq üçün beynəlxalq insan haqları qanununa riayət etməyə çağıraraq: "Bölgədəki ailələrin həyatda qalmaları üçün tələbatları təhlükəsiz və sərbəst şəkildə ödənilməlidir . Bu çərçivədə səlahiyyətlilərdən insan haqları təşkilatlarına əlçatarlığı təmin etmələrini tələb edirik" deyə bildirdi.
Qeyd edək ki, ötən gün Yəməndə Birləşmiş Ərəb Əmirliklərinin dəstək verdiyi Cənubi Keçid Şurasına tabe olan Hizam Emni birlikləri 4 gün davam edən qarşıdurmalar nəticəsində Ədəndəki Prezident Sarayına və strateji dövlət qurumlarına nəzarəti ələ keçiriblər.

Səlahiyyətlilərin və komandirlərin Səudiyyə Ərəbistanına məxsus zirehli nəqliyyat vasitəsi ilə Prezident Sarayını tərk etdikləri və şəhərin tamamilə Hizam Emninin nəzarəti altında olduğu barədə mılumat yayıldı.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yaşayan Yəmən prezidenti Əbdürrabi Mənsur Hadinin başçılıq etdiyi qanuni hökuməti devirməyə çalışan BƏƏ-nin dəstəklədiyi Cənubi Keçid Şurasına tabe olan Hizam Emni birlikləri çərşənbə günündən bu yana Ədənin hökumət qüvvələri ilə döyüşür.
Yəməndəki xalq üsyanlarından sonra 1990-cı ildə Şimali və Cənubi Yəmənin birləşməsindən sonra ayrılma ilə bağlı fikirlər yenidən gündəmə gəlmiş və "Cənub hərəkatı" adı altında separatçı bir hərəkat meydana yaranmışdı.




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
Tunisdə prezidentliyə namizəd olan şəxs korrupsiyaya görə saxlanılıb
23.08.2019
Xәlifә Hafterә sadiq qüvvәlәrin 17 üzvü tәslim olub
23.08.2019
Putin-Makron: Rusiya ilə Aİ münasibətlərinin ziddiyyətləri azalmır
23.08.2019
Pakistan Kəşmir mövzusunda beynəlxalq ictimaiyyətə çağırış edib
23.08.2019
BMT TŞ ABŞ-ın qadağan edilmiş raket sınaqları məsələsini müzakirə etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info