“Saudi Aramco“ dünyanın ən gəlirli neft şirkəti olub
Tarix: 12.08.2019 | Saat: 22:15:00 | E-mail | Çapa göndər



Səudiyyə Ərəbistanının “Saudi Aramco” milli neft şirkəti 2019-cu ilin birinci yarısının nəticələrinə görə dünyanın ən gəlirli şirkəti olub.

AZƏRTAC “Saudi Aramco” şirkətinin rəsmi məlumatına istinadla xəbər verir ki, şirkətin xalis gəlirlərinin 46,9 milyard dollara qədər (12 faiz) azalmasına baxmayaraq, “Saudi Aramco” ən gəlirli neft şirkətidir. İlin birinci yarısında onun ümumi gəliri bir il bundan əvvəlki 167,68 milyard dollardan 163,88 milyard dollara qədər aşağı düşüb. Bununla belə, “Saudi Aramco”nun gəliri dünyanın digər iri neft korporasiyasının gəlirlərindən dəfələrlə çoxdur.
“Saudi Aramco” şirkətinin Baş direktoru Amin Naser bildirib ki, 2019-cu ilin birinci yarısında neftin qiymətinin bir qədər aşağı düşməsinə baxmayaraq, şirkət sabit gəliri və güclü azad pul axınını təmin etməyə davam edib. Qeyd olunub ki, gəlirin azalması əsasən neftin orta satış qiymətinin bir barel üçün 69 dollardan 66 dollara enməsi ilə əlaqədardır.
Şirkətin 2019-cu ilin altı ayında neft hasilatı sutkada 10 milyon barel təşkil edib.




 
Bölməyə aid digər xəbərlər
26.01.2020
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 38 nəfərə çatıb
26.01.2020
ABŞ-da yeni növ koronavirusa yoluxanların sayı artıb
26.01.2020
Ərdoğan Afrika səfərilə bağlı ətraflı məlumat verdi
26.01.2020
Ölkələr Türkiyəyə başsağlığı verir, yardım təklif edirlər
26.01.2020
Türkiyədə baş vermiş zəlzələnin fəsadlarına dair mətbuat konfransı keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Batumidə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
2 20 Yanvar münasibətilə Koreyada 400 nəfər imkansız insana yemək paylanılıb
3 Abşeronda kişi keçmiş arvadının boğazını kəsib
4 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
5 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info