Rusiya İbrahimbəyovun yalanını üzə çıxardı
Tarix: 22.08.2013 | Saat: 19:30:00 | E-mail | Çapa göndər


Əhli-kef kinorejissor həm də ABŞ vətəndaşı imiş…

“Milli şura”nın vahid namizədi Rüstəm İbrahimbəyovun pasport məsələsi ətrafında yaşanan gərgin anlar səngimək bilmir. Rusiya vətəndaşlığından imtina etmədiyi barədə yayılan məlumatlardan sonra mətbuata açıqlama verən Rüstəm İbrahimbəyov Rusiya Federasiyası vətəndaşlığından imtina etmək üçün ərizə ilə müraciət etdiyi və bu haqda ona qəbz də verildiyini bildirib.
Virtualaz.org saytı məsələ ilə bağlı daha dəqiq məlumat əldə etmək üçün Rusiya Federal Miqrasiya Xidmətinin mətbuat xidməti ilə əlaqə saxlayıb və Rüstəm İbrahimbəyovun həqiqətən də vətəndaşlıqdan imtina edib-etmədiyini dəqiqləşdirmək qərarına gəlib. Federal Miqrasiya Xidmətinin mətbuat xidmətinin əməkdaşı Zalina Vladimirovanın verdiyi məlumat isə təəccüblü oldu: “Rüstəm İbrahimbəyov avqustun 13-də Rusiya vətəndaşlığından imtina etmək barədə müraciət edib və sənədlərinin baxılması üçün ondan alınması barədə qəbz verilib”.
Son günlərə qədər bu barədə danışmaq istəməyən “milli şura” sədri həmin qəbzi artıq Bakıya göndərib. Qəbz Eldar Namazovdadır. Maraqlıdır ki, artıq bir neçə aydır ki, “milli şura”nın vahid namizədi elan olunmuş Rüstəm İbrahimbəyovun hələ may ayından Rusiya dövlətinə müraciət edərək vətəndaşlıqdan imtina etməsi gözlənilsə də “milli şura” sədri bu prosesi yubadaraq avqustun 13-də ərizə yazıb və ona ümid bəsləyən “milli şura” üzvlərini, habelə prezident seçkilərində hazırkı hakimiyyətə alternativ görmək istəyən minlərlə elektoratı aldadıb.
Rusiya Federal Miqrasiya Xidmətinin mətbuat xidmətinin əməkdaşı Zalina Vladimirovanın verdiyi digər sensasiyalı məlumat isə Rüstəm İbrahimbəyovun ABŞ-da daimi yaşayış izninin olmasıdır. FMX əməkdaşının sözlərinə görə, Rüstəm İbrahimbəyovun quruma təqdim etdiyi sənədlər arasında ABŞ-da daimi yaşayış izni verən sənədin olmasıdır ki, bu da “milli şura” sədrinin ABŞ dövləti qarşısında da ayrıca öhdəliyinin olmasından xəbər verir. Zalina Vladimirovanın verdiyi məlumata görə, Rüstəm İbrahimbəyovun vətəndaşlıqdan imtina edilməsi prosesi 2014-cü ilin birinci rübünə qədər uzana bilər. Səbəb isə sənədlərin gec təqdim edilməsi və ABŞ-da daimi yaşayış izninin olmasıdır ki, bunun üçün Rusiya tərəfi ABŞ-a xüsusi sorğu göndərərək, Rüstəm İbrahimbəyovun daimi yaşayış izninin ləğv edilməsini tələb edəcək.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info