Turan Bayramov dünya çempionatının bürünc medalını qazanıb
Tarix: 13.08.2019 | Saat: 21:14:00 | E-mail | Çapa göndər



Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatında sərbəst güləş üzrə təmsilçimiz bürünc medal qazanıb.

AZƏRTAC xəbər verir ki, yığmanın aparıcı üzvlərindən olan Turan Bayramov (65 kq) təsəlliverici görüşdə mübarizəni davam etdirərək Rumıniya idmançısını çətinlik çəkmədən məğlub edib.
Təmsilçimiz üçüncü yer uğrunda qarşılaşmada Türkiyə pəhləvanına qalib gələrək dünya çempionatının bürünc medalına sahib çıxıb.
Qeyd edək ki, Turan Bayramov ilk mərhələdə gürcü rəqibinə qalib gəlsə də, dörddəbir finalda iranlı pəhləvana məğlub olumuşdu.
Komandanın digər üzvü Əşrəf Aşırov (70 kq) təsəlliverici görüşdə Qırğızıstan təmsilçisini mübarizədən kənarlaşdıraraq bürünc medal qarşılaşmasında iştirak hüququ əldə edib. Daha bir güləşçimiz təsəlliverici qarşılaşmaları uğurla başa vurub. Abubakr Abakarov (79 kq) ilk qarşılaşmada İtaliya idmançısını mübarizədən kənarlaşdırıb. Daha sonra Yaponiya pəhləvanına vaxtından əvvəl qalib gələn A.Abakarov bürünc medal qarşılaşmasına vəsiqə qazanıb.
Avqustun 12-də start götürən dünya çempionatı davam edir.




 
Bölməyə aid digər xəbərlər
23.10.2019
“Qalatasaray“ “Real“a uduzdu, “Yuventus“ və PSJ-dən qələbə
22.10.2019
Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışına start verilib
22.10.2019
“Qalatasaray“ “Real“a, “Yuventus“ “Lokomotiv“ qarşı
22.10.2019
20-ci saniyədə qırmızı vərəqə aldı
22.10.2019
“Real“da həmişəlik qalmaq istəyirəm“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info