Ötən həftə Yaponiyada 23 nəfər günvurmadan ölüb
Tarix: 14.08.2019 | Saat: 10:46:00 | E-mail | Çapa göndər



Yaponiyada ötən həftə ərzində günvurma nəticəsində 23 nəfər ölüb, 13 minə yaxını isə xəstəxanalara yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə avqustun 14-də Yaponiya Baş Yanğınsöndürmə İdarəsi məlumat yayıb.
Bildirilib ki, ötən yeddi gündə Yaponiyanın bütün ərazisində günvurma nəticəsində 12 min 751 nəfər xəstəxanaya yerləşdirilib. Hazırda Yaponiya bütün ölkə ərazisində davam edən istilərdən əziyyət çəkir. Bir sıra rayonlarda havanın temperaturu 39 dərəcə selsiyə çatır.
Zərərçəkən və ölən insanların əksəriyyəti əsasən evdə qənaət məqsədilə kondisioneri işlətməyən yaşlılardır. Ölkənin hakimiyyət orqanları sakinləri baş geyimi gəzdirməyə, daha çox maye qəbul etməyə və Günəş altında uzun müddət qalmamağa çağırır.
Xatırladaq ki, Yaponiyada ötən il güclü istilər və rekord səviyyədə yüksək temperatur nəticəsində 150 nəfər ölmüş, on minlərlə insan xəstəxanalara yerləşdirilmişdi.




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Yük maşınında 6 ton narkotik maddə aşkarlanıb
20.08.2019
Yunanıstanda helikopter dənizə düşdü
20.08.2019
Binəqədidə “Favorit” market yanıb
20.08.2019
Tərtərdə minik avtomobili yanıb
20.08.2019
Türkiyədə nazir müavini yol qəzasında ölüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info