“Azərenerji” “Mingəçevir” SES-də təmir-bərpa işləri aparır
Tarix: 14.08.2019 | Saat: 13:08:00 | E-mail | Çapa göndər


“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti “Reabilitasiya Proqramı” çərçivəsində Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyası ilə yanaşı “Mingəçevir” Su Elektrik Stansiyasında da təmir-bərpa işləri həyata keçirir. 6 hidro aqreqatdan ibarət stansiyanın 4 hidro aqreqatında təmir və bərpa işləri aparılmağa ehtiyac var idi. Elə bu səbəbdən 2017-ci ildən fəaliyyəti dayanan 6 saylı hidro aqreqatda təmir-bərpa işlərinə start verilib və sifariş əsasında gətirilən ehtiyat hissələri quraşdırılır. Müasir tipli idarəetmə sisteminə qoşulacaq 6 saylı hidroaqreqatda işlər avqust ayının sonunda tamamlanacaq və ardınca digər 3 hidroaqreqatda da analoji işlər həyata keçiriləcək. Bu günə qədər “Reabilitasiya Proqramı” çərçivəsində “Mingəçevir” SES-də gərginliyi 220/110 kilovolt, gücü 200 meqavolt amper olan əlavə avtotransormator qurlaşdırılıb, 320 metr məsafədə 220 kilovoltluq yeraltı kabel xətti, Kür çayının üstü ilə keçməklə 300 metr məsafədə 110 kilovoltluq yüksəkgərginlikli hava xətti çəkilib. Eyni zamanda avtotransormator yeni müasir tipli rele mühafizəsi və avtomatikası sistemi ilə təmin edilib.
Qeyd edək ki, 4 ildən artıq idi ki, 220/110 kV-luq hissəsinə əlavə avtotransformator qoşulmadığından birinci avtotransformator fasiləsiz işləyir, bununla qəza riski artır, eyni zamanda onun üzərində əsaslı təmir və bərpa işləri aparmaq mümkün olmurdu. İndi isə yükü digər avtotransformatorun üstünə keçirməklə istənilən təmir işini həyata keçirmək və fasiləsizliyi təmin etməklə, Mingəçevir və ətraf regionlarda elektrik enerjisinin keyfiyyətini artırmaq mümkün olub.
“Reabilitasiya Proqramı” çərçivəsində “Mingəçevir” SES-də aparılan təmir-bərpa işləri 2020-ci ildə tamamlanacaq və bununla stansiyanın dayanıqlığı və etibarlığı artırılmaqla “itirilmiş” güc bərpa olunacaq.

Tural




 
Bölməyə aid digər xəbərlər
28.03.2020
Azərbaycan Prezidenti: Bir daha həm özümüzə, həm bütün dünyaya nümayiş etdiririk ki, biz böyük xalqıq
28.03.2020
Prezident: Bəzi insanlar özlərini məsuliyyətsiz aparırlar, qəbul edilmiş qaydaları pozmağa çalışırlar
28.03.2020
Prezident: Elə adam var ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna bir manat köçürür. Ona “Çox sağ ol!” deyirik
28.03.2020
Prezident: Ölkəmizin bir nömrəli xəstəxanasını koronavirus xəstələrinin sərəncamına vermək – bundan böyük addım ola bilməz
28.03.2020
Prezident: Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11483

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Tural İsmayılov: “Azərbaycan dövləti ölkənin və əhalinin zərər çəkməməsi üçün bütün resursları səfərbər edib”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info