“Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğəti işıq üzü görüb
Tarix: 14.08.2019 | Saat: 14:16:00 | E-mail | Çapa göndər


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə ilk dəfə olaraq “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğət hazırlanmış və nəşr olunmuşdur.
Layihənin reallaşmasında Azərbaycan və Özbəkistanın Milli Elmlər Akademiyalarının dilçilik institutları, hər iki ölkənin bu sahədə alimləri yaxından iştirak emişlər.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin bir çox layihəsində olduğu kimi bu lüğətin də nəşrində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi öz dəstəyini göstərmişdir.
Qeyd edək ki, yeni nəşr olunan bu lüğətdə ümumilikdə 23 minə yaxın söz və ifadənin qarşılıqlı tərcüməsi verilmiş, hər iki dildə istifadə olunan əlifbada hərflərin transkripsiyası xüsusi cədvəldə öz əksini tapmışdır.
Layihənin rəhbəri eyni zamanda ön sözün müəllifi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, tərtibçi müəlliflər isə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun “Tətbiqi dilçilik” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli, “Beynəlxalq Mahmud Kaşqari”, habelə “Azərbaycanın yaxın dostu” mükafatları laureatı, özbək ədəbiyyatşünas, dilşünas Babaxan Məhəmməd Şərif, filologiya elmləri doktoru, professor Almaz Ülvi Binnətova, şərqşünas-filoloq Şahista Kamranlıdır.
Nəşrin rəyçiləri AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü, professor Möhsün Nağısoylu, Özbəkistan Elmlər Akademiyası Dil, Ədəbiyyat və Folklor İnstitutu “Lüğətşünaslıq” şöbəsinin müdiri, filologiya elmləri namizədi, dosent Abduvahab Mədvəliyev, elmi məsləhətçilər isə AMEA-nın vitse-prezidenti, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü İsa Həbibbəyli, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şuhrat Siracəddinovdur.
Redaksiya heyətində Azərbaycan və Özbəkistandan bir sıra tanınmış alimləri ̶ AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda “Terminologiya” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Sayalı Sadıqova, filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas Sona Vəliyeva, filologiya elmləri namizədi, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin dosenti Gülbahar Aşurova, filologiya elmləri namizədi, dosent Şahina İbrahimova, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə iştirak etmişlər.
Qeyd edək ki, Lüğət Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının 18 yanvar 2019-cu il və Özbəkistan Milli Elmlər Akademiyasının Ədəbiyyat, Dil və Folklor İnstitutunun Elmi Şurasının 12 aprel 2019-cu il qərarları ilə nəşr olunub.
Ön sözdə qədim, zəngin, ortaq tarixi köklərə malik Azərbaycan və Özbək mədəniyyətlərinin bəşər sivilizasiyasına böyük töhfələr verdiyi, Şərq elmini, ədəbiyyatını, incəsənətini, ümumilikdə dünya mədəniyyətini zənginləşdirdiyi qeyd olunur.
Azərbaycan və Özbək xalqlarının tarixləri, mədəniyyətləri ortaq bir kökə malik olduğu kimi, bu iki xalqın dili də eyni kökə əsaslandığı vurğulanır. Qeyd olunur ki, fərqli tarixi inkişaf yolu keçmələrinə baxmayaraq bu iki dilin kökü, özəyi, anası ümumi türk dilidir. Azərbaycan və özbək dilləri türk dilləri ailəsinin oğuz və qarluq dil qruplarına aid olunduğu qeyd olunan önsözdə Azərbaycan və Özbək dilləri arasında daha güclü, qüvvətli bir körpü qurmaq məqsədilə yeni bir ümumişlək lüğətin nəşrinin əsas məqsəd olduğu vurğulanır.
Qeyd olunur ki, “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğəti tarixdə ilk dəfə olaraq işıq üzü görür və bu məqsədlə hər iki ölkənin dilçilik sahəsində mütəxəssisləri ciddi səy göstərmişlər.
Nəşrdə yazılır ki, qardaş xalqlar olan Azərbaycan və Özbək xalqları arasında mədəni, elmi, ədəbi əlaqələrin daha da güclənməsinə töhfə olacaq bu layihə “Azərbaycanca – özbəkcə və özbəkcə - azərbaycanca” adlı lüğət ilk iş olsa da, onun ərsəyə gətirilməsində bir çox lüğətlərə nəzər salınıb, yeri gəldikcə istifadə də olunub və buna görə də nəşr zamanı istifadə olunmuş digər lüğət müəlliflərinə də xüsusi minnətdarlıq ifadə edilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə “Azərbaycanca – özbəkcə və özbəkcə - azərbaycanca” adlı sözlüyün Azərbaycanda və Özbəkistanda elm ictimaiyyətinin iştirakı ilə geniş təqdimat mərasimlərinin keçirilməsi də planlaşdırılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.10.2019
Prezidentin kadr və struktur islahatlarını İİTKM rəhbəri Vüsal Qasımlı şərh edir - VİDEO
23.10.2019
Ermənistanda “Rusiya Dəmir Yolları”nın maşinistləri tətil edirlər
23.10.2019
Prezident: Biz gərək gəncləri irəli çəkək, gənclərə yol verək, onlar da yetişsinlər ki, bizim inkişafımız uzunmüddətli olsun
23.10.2019
Çin Türkiyə-Rusiya arasındakı razılığa münasibət bildirib
23.10.2019
Prezident: Elə bir şərait yaradılmalıdır ki, hər bir insan bizneslə məşğul ola bilsin, məmur təzyiqindən, müdaxiləsindən azad olsun

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10925

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 SON DƏQİQƏ: Ərdoğan və Putin razılaşdı - Türkiyə tarixi diplomatik qələbə qazandı...
5 Lənkəranda gənclər üçün yeni layihənin icrasına başlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info