Pakistan BMT TŞ-nı tәcili iclasa çağırdı
Tarix: 14.08.2019 | Saat: 15:35:00 | E-mail | Çapa göndər


Pakistan Hindistanın Cammu Kəşmirdə davam etdirdiyi məhdudiyyətləri və Cammu Kəşmirin xüsusi statusunu dəyişdirmə qərarı ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasını təcili iclasa çağırdı.

Pakistan Xarici İşlər Naziri Şax Mahmud Qureyşi Birlәşmiş Millәtlәr tәşkilatının Tәhlükәsizlik Şurasına Cammu Kəşmir mәsәlәsi ilә əlaqədar məktub ünvanladığını bildirәrәk Hindistan hökumətinin son adımının Cammu Kəşmirin beynəlxalq səviyyədə tanınmış statusuna şüurlu şəkildə zərər vermәyi nəzərdə tutduğunu söylədi.
Hindistanın Cammu Kəşmirin statusu ilə bağlı qərarlarının regional və beynəlxalq sülhə təhdid törәtdiyi və bu qərarların bölgədəki etnik təmizləməlәrә səbəb ola biləcəyini vurğuladı.
Şax Mahmud Qureyşi Hindistanın irqçi ideologiyaya sahib olduğunu və Pakistanın Cammu Kəşmirlə bağlı səssiz qalmayacağını vurğuladı.
Digər tərəfdən Polşanın xarici işlər naziri Jacek Czaputowicz Pakistan və Hindistan arasındakı gərginliyin bütün Cənubi Asiya bölgəsinə təsir göstərəcəyini və məktubun Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasına üzv ölkələr arasında müzakirə ediləcəyini söylədi.
Xatırladaq ki, avqustun 5-də Hindistan Cəmmu Kəşmir ştatını xüsusi statusdan məhrum etməklə bağlı Hindistan Konstitusiyasının 370-ci maddəsini ləğv etmişdi. Bu maddə Kəşmirin Hindistan hissəsinə ölkənin başqa bölgələrindən daha böyük muxtariyyət tanıyırdı.
Qərarı qınadığını bildirən Pakistan hökuməti Hindistanla diplomatik münasibətlərin səviyyəsini azaltmaq qərarına gəlib və Hindistandan İslamabaddakı səfirini geri çağırmağı tәlәb edib.
Pakistan hәmçinin Hindistanla ticari əlaqələrini rəsmi olaraq dayandırıb.




 
Bölməyə aid digər xəbərlər
12.07.2020
İranda neft emalı zavodunda yanğın başlayıb
12.07.2020
İranda son gündə COVID-19-a yoluxan 194 nəfər vəfat edib
12.07.2020
Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 44 min 798 nəfərə çatıb
12.07.2020
Dünyada koronavirusa yoluxan 565 min nəfər həyatını itirib
12.07.2020
ABŞ-da baş verən atışmada 2 polis əməkdaşı həlak olub

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 “Türkiyədə sənədsiz yaşayan soydaşlarımızın yanında olmağa çalışmışam”
2 “Zaman və düşüncələr” kitabı Azərbaycan dilində çapa hazırlanır
3 Türkiyə moda sənayesi 15 iyul - 14 avqust tarixlərində sərgidə
4 312 nəfər əcnəbi “Azərbaycan turizmi üzrə ekspert” statusunu qazanıb
5 Tanınmış həkim COVID-19-dan tez sağalmağın yolunu göstərdi: Çoxlu qarpız yeyin...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info