“Ağoğlan“ piri
Tarix: 14.08.2019 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


Naxçıvan MR Sədərək rayonu ərazisində yerləşən "Ağoğlan" piri haqqında xalq arasında yayılmış bir neçə əfsanə dolaşır. "Ağoğlan" piri Ucubiz dağının ətəyində yerləşir. Dağın ətəyində qaynayıb gözyaşı kimi axan bu bulaq haqqında əfsanələrin birində deyilir: “Qədim zamanlarda bulağın suyu axıb bir çökəklikdə göl yaradıbmış. Bir neçə rəfiqə gölün ətrafında durub sakit- sakit çağlayan bulağa baxırmışlar. Birdən gölün suyu silkələnir, suyun üzərində nurani bir qoca görünür. O, qızların qorxduğunu görüb həlim səslə deyir: “Qorxmayın, deyirəm yadınızda saxlayın. Bu gördüyünüz bağ, bu meyvə ağacları, kol-kosluq vaxt gələr quruyar, yenilənər, amma bu bulağın suyu qiyamətə qədər axacaq. Bu sözləri deyib nurani qoca bir anlığa ayna kimi bərq vuran suda görünməz olur. Bu vaxt gənc qızları dağ keçilərinin səsi diksindirir. Qızlar səhənglərini doldurub uzaqlaşırlar”.
Əfsanələrin birində də deyilir ki, qədim zamanlarda bu ərazilər sıx meşəlik olub. Bu meşəlikdə dağ keçisi, maral, bəbir və s.yaşayardı. Bu heyvanlar gəlib bulağın suyundan içərdilər. Sanki bu sudan içdikcə ram olardılar. Yerli əhali dağ keçilərini sağardı. Bir il qış sərt gəlir. Hər tərəfi qar tutur.Yerli əhali bu heyvanlar ac qalmasın deyə, bulağın ətrafına ot-ələf tökərdi. Bir gün yenə dağ keçiləri bulaq başına enərkən ağ paltar geyinmiş, pusquda duran ovçu, yanında balası olan dağ keçisini nişan alır. Ox balaya dəyir. O gündən hər gün dağkeçisi gəlib balasının vurulduğu yerdə dayanıb göz yaşlarını axıdırmış. Sonra isə bu keçi balasının vurulduğu yerdə daşa çevrilir. O vaxtdan bura " Ağoğlan", ağ paltar geyinmiş ovçunun adı ilə adlandırılır.
Tarixi mənbələrə görə isə " Ağoğlan" türbəsinin tarixi XVI əsrin əvvəlləri, yəni 1514-cü il Çaldıran döyüşü ilə bağlıdır. Bildiyimiz kimi, Sədərək kəndi Türkiyə, İran və Ermənistanla həmsərhəddir. 1514- cü il avqustun 23-də Çaldıran düzündə Səfəvi hökmdarı Şah İsmayıl və Osmanlı sultanı Sultan Səlim arasında gedən qeyri- bərabər döyüşdə yaralanan Şah İsmayılın bənzəri Xızır Məhəmməd Sədərəyə gətirilir və burada da vəfat edir. Xızır Məhəmməd Ucubiz dağının ətəyində bu müqəddəs yerdə dəfn olunur. Tarixi mənbələrdən bilirik ki, Şah İsmayılın 17 bənzəri olub. Şah İsmayıl döyüşə girməmişdən əvvəl onun bənzəri ağ paltarda üzü niqablı, ağ atın üstündə meydana çıxar, sonra isə Şah İsmayılın özü döyüşə atılardı. "Ağoğlan", " Ağ atlı oğlan" adı da bununla bağlıdır. El arasında Xızır Məhəmmədin adı ilə bağlı bayatı da yayılıb:
Bu dağlar, ulu dağlar,
Çeşməli sulu dağlar.
Burda bir qərib ölüb,
Göy kişnər, bulud ağlar.

M.Adnayeva




 
Bölməyə aid digər xəbərlər
23.10.2019
Qaradağ rayonunda “Dini radikalizmə qarşı mübarizə yolları” mövzusunda dəyirmi masa keçirilib
23.10.2019
Masallıda gənclər arasında “Öz biznesinə başla” mövzusunda təlim-seminar keçirilib
23.10.2019
“Azərsu” ASC-nin sədr müavini Masallıda vətəndaşları qəbul edib
22.10.2019
Kölgədən çıxarılacaq biznes, əlbəttə, bizim iqtisadi göstəricilərimizi də düzəldəcək
22.10.2019
Ölkəmizin uğurlu dayanıqlı iqtisadi inkişafı bundan sonra özəl sektor hesabına təmin edilməlidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10925

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 SON DƏQİQƏ: Ərdoğan və Putin razılaşdı - Türkiyə tarixi diplomatik qələbə qazandı...
5 Lənkəranda gənclər üçün yeni layihənin icrasına başlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info