Tevan Poqosyan: “ Ancaq Rüstəm İbrahimbəyov kimisi sayəsində Bakı-İrəvan əlaqələri qurula bilər”
Tarix: 22.08.2013 | Saat: 21:43:00 | E-mail | Çapa göndər


“Zaman” qəzeti yazır ki, Rusiya prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri erməni mətbuatında hərtərəfli müzakirə mövzusu olub. V.Putinin Ermənistana da təsir edəcək planlar hazırladığını ifadə edən mütəxəssislər bu ziyarətin İrəvanı Gömrük Birliyinə zorla üzv edilmə mövzusunda razı salmaq məqsədi daşıdığını deyirlər.
Politoloq Levon Şirinyan V.Putinin Bakıya verdiyi önəmin ikili münasibətlər baxımından normal göründüyünü, ancaq bunun bölgə baxımından Ermənistana istiqamətli problem təşkil etdiyini söyləyib. “Bu sadəcə Ermənistan və ya Qarabağla bağlı problem deyil” deyən Şirinyan Rusiyanın Ermənistanı işğal edən bir güc olduğunu bildirib. Şirinyan Bakının son zamanlarda Rusiyadan ola bildiyincə faydalanmağa çalışdığını iddia edib. Ermənistan siyasətçisi Aleksander İskəndəryan isə deyir ki, Moskva Qəbələdəki radiostansiya məsələsindən sonra Azərbaycanla münasibətləri normallaşdırmaq istəyir. “İrs” Partiyasının təmsilçisi Tevan Poqosyan İlham Əliyevin üçüncü prezidentlik dönəmində də antierməni yanaşmaların davam edəcəyini ifadə edib və bildirib ki, ancaq Rüstəm İbrahimbəyov kimisi sayəsində Bakı-İrəvan əlaqələri qurula bilər. Ermənistanda son yaşanan təbii qaz böhranı ilə birlikdə bölgədə yalnız qalmaq qorxusu Gömrük Birliyi mövzusundakı narahatlıqları artırır. Ona görə də regional inteqrasiyaya daxil olmaq və Moskvadan asılılığı azaltmaq üçün Azərbaycana müxtəlif müsbət siqnal göndərir. Bu məqsədlə Qarabağda ortaq su idarəçiliyi qurula biləcəyi vurğulanıb.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.11.2018
Rusiya hərbi kəşfiyyatının rəhbəri vəfat edib
21.11.2018
“Ermənistan nümayəndəsinin KTMT-nin baş katibi seçilməməsi Paşinyana ciddi zərbə olacaq”
21.11.2018
Çavuşoğlu S-400-lə bağlı məsələyə son qoydu: “Anlaşmanın ləğv edilməsi mümkün deyil”
21.11.2018
RecExpo 2018-də Monteneqronu kəşf et: 2019-da açılacaq ruhlandırıcı dənizkənarı kurort Portonovi
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info