Azərbaycan ilə ABŞ arasında ikinci kənd təsərrüfatı forumu Oklahomada keçiriləcək
Tarix: 14.08.2019 | Saat: 19:40:00 | E-mail | Çapa göndər



Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu noyabrın 6-8-də Oklahoma şəhərində keçiriləcək.

ABŞ-ın Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, forum ən yaxşı təcrübələri bölüşmək və hər iki tərəfin iqtisadiyyat sektorunda tərəfdaşlıq və investisiya imkanlarını araşdırmaq üçün özəl sektordan olan mütəxəssis/nümayəndələr, kənd təsərrüfatı məhsulları istehsalçıları, habelə Oklahoma və Azərbaycanın dövlət sektorundan kənd təsərrüfatı sahəsində çalışan məsul şəxsləri bir araya gətirəcək.
Bu, ABŞ və Azərbaycandan siyasətçiləri və kənd təsərrüfatı istehsalçılarını bir araya gətirən ikinci belə forumdur. İlk belə forum aprel ayında Çikaqoda keçirilib. Çikaqo forumu Azərbaycanın kənd təsərrüfatı sektoru və ABŞ-ın İllinoys ştatının fermer, aqrobiznes və istehsalçıları ilə əlaqələr yaradıb.
Oklahoma-Azərbaycan Forumu heyvandarlıq/maldarlığa xüsusi diqqət yetirərək, təsərrüfatın idarə olunması, nizamlanması və geniş çeşidli taxıl və məhsulların təbliğini əhatə edəcək.
ABŞ-da çovdar üzrə birinci, mal əti üzrə isə ikinci ən böyük istehsalçı olan Oklahomanın kənd təsərrüfatı dövlətin illik iqtisadiyyatının 7,1 milyard dollarını təşkil edir və kənd təsərrüfatı məhsullarının ixracı dövlətə ildə 1,9 milyard dollar gəlir gətirir. Oklahoma ştatı və Azərbaycan Respublikası 2003-cü ildən etibarən ABŞ-ın Dövlət Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlıq edir. Oklahoma Milli Qvardiyası və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi arasında uğurlu əməkdaşlıq kənd təsərrüfatı sahəsində əlaqələrin inkişafı üçün möhkəm zəmin yaradıb.
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu Oklahoma Kənd Təsərrüfatı, Qida və Meşə Təsərrüfatı Departamenti, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, ABŞ-ın Azərbaycandakı səfirliyi, Azərbaycan Respublikasının Birləşmiş Ştatlardakı səfirliyi və Amerikanın Azərbaycandakı Ticarət Palatası ilə tərəfdaşlıq çərçivəsində Birləşmiş Ştatlar-Azərbaycan Ticarət Palatası (USACC), Oklahoma Ticarət Departamenti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiyası ilə birgə təşkil olunur.




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Böyük Britaniyalı mütəxəssislər Gömrük Akademiyasında olublar
18.10.2019
Gələn il icmal büdcəsinin gəlirləri 27,5 milyard manat, xərcləri isə 29,4 milyard manat olacaq
18.10.2019
Neft Fondu Milan şəhərindəki daşınmaz əmlakını satıb
18.10.2019
KOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir
18.10.2019
Gələn il 7000 məcburi köçkün ailəsi mənzillə təmin olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info