Hollandiyada məktəbə başlama 2,5 yaşa endirilir
Tarix: 22.08.2013 | Saat: 23:22:00 | E-mail | Çapa göndər


Hollandiya uzun bir müddətdir planlaşdırılan məktəbə başlama yaşının 2,5 yaşa endirilməsi layihəsini artıq həyata keçirir. Layihə xüsusilə xarici ölkə vətəndaşlarının uşaqlarında dil probleminin ortadan qaldırılmasına hədəflənib.
Pilot layihə üçün Amsterdamda 10 məktəb müəyyənləşdirilib. İlk mərhələdə həftədə 4 yarım gün ərzində uşaqlara “məktəbə hazırlıq” təhsili veriləcək. Hollandiyada 4 yaşdan aşağı uşaqlar üçün uşaq bağçaları ödənişlidir. Ancaq bu layihədə 2,5 yaşındakı uşaqlar təhsil imkanlarından pulsuz yararlanacaqlar. Layihə uğurlu olarsa qısa müddətdə bütün ölkə miqyasında tətbiq olunacaq. Layihə ilə bağlı valideynlər hələ gözləmə mövqeyindədirlər. Ailələrin əksəriyyəti gözləmə mövqeyində olsa da, uşaq bağçaları buna qarşı sərt reaksiya veriblər. Bəzi uşaq bağçaları rəhbərlərinin fikrincə, bu layihə ibtidai sinifə keçmək üçün ən uyğun mühit yaradan uşaq bağçalarının təqdim etdiyi keyfiyyətə mənfi təsir edir.
Dövlətin ailələrə uşaq bağçaları ödənişləri üçün verdiyi yardımın önəmli ölçüdə azaldılması, yeni layihənin önəmini artırır. Təhsil sahəsində mütəxəssislərin hazırladıqları hesabata görə, Hollandiyada 1-4 yaş arası uşaqlar xüsusilə də dillə bağlı məsələdə geri qalır. Onlar uşaqların təhsil keyfiyyətinin yaxşılaşdırılması xəbərdarlığını ediblər. Hollandiyada icbari təhsilə başlama yaşı hazırda 4 yaşdır.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info