“Dəməşq yaxınlığında kimyəvi silahdan üsyançılar istifadə edib“
Tarix: 22.08.2013 | Saat: 23:27:00 | E-mail | Çapa göndər


Dəməşq yaxınlığında kimyəvi silahdan hakimiyyətə qarşı vuruşan döyüşçülər istifadə edib. Bu bəyanatla Rusiya Xarici İşlər Nazirliyinin (XİN) xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç çıxış edib.
XİN rəsmisinin sözlərinə görə, Dəməşqə kimyəvi başlıqlı raket onlar tərəfindən atılıb: “Bu, martın 19-da Xan Əl-Əsalədə terrorçuların istifadə etdiyi silahla eynidir. Bütün bunlar rejim əlehdarlarının BMT Təşhlükəsizlik Şurasının (TŞ) tələblərinə qarşı çıxmaq üçün bəhanədir və avqustun 28-də keçirilməsi planlaşdırılan “Cenevrə-2” konfransının çağırılması şansını azaldır”. A.Lukaşeviç imkanı olan hər kəsi ekstremistlərin kimyəvi silahların tətbiqinə və təxribatlara son qoymağa çağırıb: “Bir sıra KİV-lər o dəqiqə elə bil hardansa əmr almış kimi bütün məsuliyyəti hökumətin üstünə qoymaqla aqressiv informasiya hücumuna keçib. Bütün bunlar onu deməyə əsas verir ki, bu informasiyanı yayanlar növbəti dəfə qabaqcadan hazırlanmış təxribatla məşğul olur”. Bu arada ABŞ BMT-dən Suriya ordusu tərəfindən kimyəvi silahın istifadə edib-edilməməsinin araşdırılmasını tələb edir. “RİA Novosti”nin məlumatına görə, belə bir bəyanatla Ağ Evin nümayəndəsi Coş Ernest çıxış edib. O qeyd edib ki, Birləşmiş Ştatlar istənilən formada kimyəvi silahdan istifadəni qətiyyən pisləyir: “Kimyəvi silahdan istifadə edənlər məsuliyyətə cəlb olunmalıdır. Biz bu gün formal olaraq tələb edəcəyik ki, BMT yeni ittihamları araşdırsın”.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info