“Ağ Yol”un növbəti müzakirələri rekord qırdı
Tarix: 23.08.2013 | Saat: 15:44:00 | E-mail | Çapa göndər


Qafqazların ən böyük qrupu olan “Ağ Yol” cəmiyyəti narahat edən iki müxtəlif sahədə ciddi müzakirələr təşkil edib. İlkin olaraq Azərbaycanda İpoteka Fondunun yaradılması və gənclərə ipoteka kreditlərinin verilməsini gündəmə gətirən “Ağ Yol” maraqlı müzakirələrə əsas verib. Belə ki, bu mövzuda yazılan statusu 3 minə yaxın adam bəyənib, 700-dən çox təklif, rəy və fikir bildirilib, 397 paylaşma olub.
Müzakirələrdə Azərbaycan hökumətinin bu qərarı təqdir olunmaqla yanaşı qeyd edilib ki, gənclərə ev almaq üçün verilən kreditin şərtləri daha da sadələşdirilməli və faiz dərəcələri aşağı salınmalıdır. Eyni zamanda gənclik yaşını başa vurmaqda olanlar ipoteka şərtlərinin yumşaldılması ilə bağlı qərarın tezliklə qəbul olunmasını arzu etdiklərini bildiriblər.
İrəli sürülən təkliflər arasında həmçinin ipoteka kreditlərindən gənclərin bütün sosial təbəqələrinin istifadə edə bilməsi üçün yeni iş yerlərinin açılmasının da vacibliyi vurğulanıb.
Gənclərin mənzil probleminin həlli üçün dövlət tərəfindən gənclər şəhərciyinin salınması təklifi rəğbətlə qarşılanıb. Azərbaycanın bütün bölgələrində gənclərin güzəştli şərtlərlə evlə təmin olunması üçün hər bir şəhər və rayonda gənclər qəsəbəsinin salınması Bakı şəhərini artıq əhali yükündən xilas edə biləcəyi ilə bağlı fikirləri də kifayət qədər dəstək qazanıb.
Digər müzakirələr isə Bakı və Abşeron yarımadasında olan çimərliklərin müasir vəziyyəti, xidmət səviyyəsi, sanitar-gigiyenik qaydalara əməl edilməsi problemləri ətrafında aparılıb. Xüsusi vurğulanıb ki, çimərliklərin müasir tələblərə cavab verməməsinin günahının bir hissəsi şübhəsiz ki, bu çimərlikləri idarə edən “işbaz”lardadır, amma icra orqanlarının və ictimaiyyət nümayəndələrinin də günahı az deyil. “İctimai qınaq, ictimai nəzarət demək olar ki, yox səviyyəsindədir” – fikri müzakirələrin ana xəttini təşkil edib.
Müzakirə iştirakçılarının münasibətindən açıq görünüb ki, soydaşlarımız yaşadıqları coğrafi ərazinin təbii gözəlliyi ilə fəxr edirlər. Amma onu qorumadıqlarına, zibillədiklərinə görə ictimai şüurun səviyyəsindən narazıdırlar.
Maraqlıdır ki, müzakirə iştirakçıları bu məsələyə həm də dövlətçiliyə xidmət aspektindən yanaşıblar. Onlar xarici ölkələrə turist axınının qarşısını almaq üçün çimərliklərə münasibətin dəyişməsinin zəruriliyini qeyd ediblər.
Bu müzakirələrdə 500-ə yaxın rəy və təkliflər yazılıb, 1300-dən çox adam tərəfindən bəyənilib, 300-dən artıq paylaşma olub.

İlkin




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info