İlahiyyat İnstitutunun rektoru sənədlərin qəbul prosesini izləyib
Tarix: 19.08.2019 | Saat: 10:52:00 | E-mail | Çapa göndər



Azərbaycan İlahiyyat İnstitutuna (Aİİ) qəbul olunan tələbələrin avqustun 15-dən etibarən qeydiyyat prosesi başlanıb.
İnstitutdan bildirilib ki, 2019/2020-ci tədris ilində birinci kurs tələbəsi sayılacaq şəxslər tələb olunan sənədləri təqdim edərək qeydiyyatdan keçirlər. Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov qəbul prosesini, sənədlərin qeydiyyatının gedişatını izləyib, institutun nümayəndələri ilə söhbət edib.
Ceyhun Məmmədov qəbula gələn valideynlərlə görüşüb, övladlarının tələbə adı qazanması münasibətilə onları təbrik edib, yeni tədris ilində uğurlar arzulayıb. Rektor ali təhsil müəssisəsi haqqında məlumat verərək, institutda mövcud olan şəffaf müəllim-tələbə münasibətlərindən, gənclər üçün yaradılan imkanlardan, tədrisin təşkilindən bəhs edib.
O bildirib ki, qeydiyyatdan keçən tələbələrin çoxu yüksək bal toplayan abituriyentlərdir: “Onların arasında 500-dən artıq balla qəbul olunan gənclərimiz də var. Bu, sevindirici haldır. Onların bu sahəyə marağı təqdirəlayiqdir və ümid edirəm ki, hər biri sahələrinin peşəkar mütəxəssisi olacaq”.
Xatırladaq ki, sənədlərin qəbulu avqustun 27-nə kimi hər gün (şənbə, bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Yasamal rayonu, Əhməd Cəmil küçəsi, 41A ünvanında (Bakı Dövlət Universitetinin keçmiş İlahiyyat fakültəsinin inzibati binası) aparılır.
İnstitutun 2019/2020-ci tədris ili üzrə qəbul planı birinci mərhələdən 100 faiz dolub.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
UNEC-də mentorluq fəaliyyətində yeni mərhələ: Türkiyə təcrübəsi
21.09.2019
Müddətli müqavilə üzrə müəllimlərin işə qəbulunun II turu başlayıb
20.09.2019
Mehriban İmanova Prezident yanında Elmin İnkişafı Fonduna icraçı direktor təyin edildi
20.09.2019
Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru BDU-ya rəsmi səfərə gəlib
20.09.2019
Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə ikinci tur başlanır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10890

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info