Rəsul Quliyev: ABŞ konqresmenlərinin xahişi ilə vahid namizəd seçildi
Tarix: 23.08.2013 | Saat: 16:30:00 | E-mail | Çapa göndər


Açıq Cəmiyyət Partiyasının (ACP) mühacir lideri Rəsul Quliyev təmsil olunduğu “milli şura”nı növbəti dəfə hədəfə alaraq ağır ittihamlarla tənqid edib. Sosial şəbəkələrdə geniş müzakirə mövzusu olan bu yazıda Rəsul Quliyev sözügedən qurumda az qala hər kəsin namizəd olmaq eşqinə düşməsini də pisləyib. “Milli şura” üzvlərinin hamısı prezident seçkilərinə getmək istəyirlər, ya başqa məqsədləri vardır” başlıqlı yazısında o qeyd edib: “Milli şura” ideyası yeni deyildi. Artıq son 100 ildə 2 dəfə “milli şura” yaradılmışdı və necə işlədiyi də məlum idi. Ona görə 7 ay bundan öncə 50 üzvdən ibarət “milli şura” yaratmaq ideyası ortaya atılanda bir çoxları və o cümlədən mən “bu qədər çoxsaylı üzvü olan “milli şura” idarəedilməz bir təşkilat olacaq” deyib skeptik düşünənlərdən biri idim. Çünki azsaylı, 35 üzvünün iştirak etdiyi birinci “milli şura”nın ömrünün cəmi 20 gün çəkdiyini bilirik. Dağılmasının da səbəbi lazımsız məsələlərin səhərdən axşama kimi müzakirə edilməsi və heç bir qərarın qəbul edilməməsi olub.
İlk gündən prezident seçkisini bütün variantlarda udmaq məqsədi əvəzinə nəyin bahasına olursa-olsun, “milli şura” yaratmaq ideyası 4 ay müddətində 3 təşkilatın apardığı (Müsavat, AXCP, El hərəkatı) “gərgin” danışıqlardan sonra, nəhayət ki, reallaşdı. Bu qurumun ilk variantı bizim əvvəlcədən düşündüyümüz kimi “ictimai palata”, El hərəkatı, üstəgəl bir neçə adamın olduğu ACP, KXCP, Liberal partiyalarından ibarət idi. Artıq “milli şura”nın üzvlərinin sayı 80 nəfərə çatdırılmışdı. Sonradan aparılan danışıqların əsasında və başqa təşkilatları ora əlavə etməklə qurum 130 nəfərə çatdırıldı və nəhayət ki, iyunun əvvəlində yaradıldı”.
Rəsul Quliyev dönə-dönə vurğulayır ki, belə bir qurumun, xüsusilə Azərbaycanda işləyən qurum ola bilməyəcəyini gərək hər bir şəxs anlayaydı: “10-15 nəfərdən ibarət idarə heyəti və ya buna bənzər orqanın yaradılması təşəbbüsü taran edildi. Şəxsi və qrup maraqları üstünlük təşkil etdiyi “milli şura”da seçki ilə əlaqədar heç bir ciddi müzakirə aparılmadı, ancaq iyunun axırında, nəhayət, ABŞ konqresmenlərinin xahişi ilə vahid namizəd seçildi. Bir ay vahid namizədin ölkəyə gələ bilməyəcəyi barədə şübhə toxumu səpən “milli şura” seçkilərə necə getmək planı, proqramı müzakirə edib qərar qəbul etmək əvəzinə, alternativ namizəd axtarışında oldu. Hətta Tiflisdə vahid namizədlə görüşəndən sonra da bu proses davam etdirildi. Bu qalmaqallardan yorulmuş vahid namizəd, seçkiyə getmək istəməyənlərin məğlubiyyətin səbəblərini ancaq onun üzərinə atacaqlarını görüb, məktubla və intervyülərində konkret mövqe qoydu ortaya. O, avqustun əvvəllərində dəfələrlə “kim istəyir namizədliyini versin, əgər məndə alınmazsa, seçkiqabağı kimin reytinqi yüksəkdir, onu dəstəkləyərik” bəyanatlarını verdi.
Bu məntiqi ideyadan narahat olan “milli şura”nın bəzi üzvləri tələsik ehtiyat namizəd ideyasını irəli atdılar. Ehtiyat namizəd kimi tarixçi alim Cəmil müəllimin adını hallandırmağa başladılar. Ehtiyat namizəd uğrunda canfəşanlıq edənlərin məqsədi nədir? Prezident seçkilərində qələbə çalmaq? Fikirləşirəm ki, psixi xəstəxanaların müştəriləri arasında da buna inanan tapılmaz…”
ACP lideri Cəmil Həsənlinin tələyə qoyulmuş yem kimi ortaya atılmış hədəf olduğunu da əsaslı təhlillərlə sübut etməyə çalışıb: “Aydın məsələdir ki, nə Azərbaycanın daxilində, nə də xaricdə müxalifətçi lider kimi yox, sadəcə olaraq tarixçi alim kimi tanınan Cəmil müəllimi özlərinin siyasi arenada qalmaları naminə qurbanlıq kimi seçmiş şəxslər düzgün yolda deyillər. Düşünürlər ki, birincisi, Rüstəm İbrahimbəyov bizləri dezinformasiya etməklə uzun müddət vaxtımızı apardı. İkincisi, ehtiyat namizədin olmasının əleyhinə çıxış edənlər bu işə imkan vermədilər. Məsələn, 5 gün qabaq başlayaq deməklə, daha doğrusu, başqalarını günahlandırmaqla siyasi həyatlarını əvvəlki qaydada davam etdirəcəklərinə inanırlar. Bu siyasəti aparanlar heç bir faiz də seçkilərdə qələbə çalmağa ümidli deyil. Onlar primitiv siyasətləri ilə növbəti dəfə arenada ilişib qalmaq istəyirlər.
Doğrudanmı, onlar camaatın “nəyə görə öz namizədliyini irəli sürmədin” sualına cavab verə biləcəklərinə inanırlar? “Milli şura”nın sədri bu baryeri aradan götürmək üçün 10 gün bundan öncə dəfələrlə söyləmişdi. Nəyə görə istifadə olunmadı? Bu yolla köməksizliyinizi, qüvvənizin olmadığını gizlətmək istəyirsiniz, heç olmasa, başqalarını günahlandırmayın.
Azərbaycanda proses hansı ssenari ilə davam edəcək? Ehtiyat namizəd statusu verilən kimi, əsas namizədin qeydiyyat üçün aparacağı mübarizənin üzərindən demək olar ki, xətt çəkiləcək. Cəmil müəllimi istəsələr, qeydiyyatdan keçirəcəklər, istəməsələr yox. Belə bir ssenarinin baş tutması üçün “milli şura” qərar qəbul edəcək. Bilmirəm... Ola bilər ki, kimlərsə bu işdən müəyyən xeyir əldə etdi özü üçün...”

Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Nazirliyi: Düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq
25.09.2018
“Fransızdilli” Ermənistanın Frankofoniya sərgüzəştləri
25.09.2018
Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək
25.09.2018
Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info