Paşinyanın açıqlamaları Ermənistanın dalana dirənməsinin nəticələridir
Tarix: 19.08.2019 | Saat: 12:34:00 | E-mail | Çapa göndər


Azərbaycanın işğal olunmuş ərazilərinin “Ermənistanın tərkib hissəsi” olması barədə bu ölkənin Baş naziri Nikol Paşinyanın açıqlamaları onun hakimiyyətinin zəifliyinin göstəricisidir. Aydındır ki, bu cür populist açıqlamalarla N.Paşinyan təkcə daxili siyasi arenada deyil, həm də xarici siyasi fəaliyyətini yaymamağa çalışır.
“Qarabağ klanı”na uduzmaqla, N.Paşinyan Ermənistan əhalisinin dəstəyini də itirir. Həm də erməni nazir hakimiyyətə gəldiyi andan öz xalqına Ermənistanda “məxməri inqilab” barədə nağıllar yedirir.
Əslində isə Yerevanda əksəriyyəti bu sualı verir: Ermənistanda inqilab olubmu?
Yerevanda belə bir fikir var ki, əslində N.Paşinyanın “məxməri inqilab”ı əvvəlki hakimiyyətin də rol oynadığı rəhbər dəyişikliyi üçün hazırlanmış ssenari idi.
Ötən müddət ərzində Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı düşdüyü xarici siyasət dalanından çıxa bilməyib. “Məxməri inqilab”dan sonra Fransa Prezidenti Emmanuel Makron istisna olmaqla heç bir xarici dövlət lideri Ermənistana səfər etməyib.
Amma öz uğursuzluqları fonunda N.Paşinyan öz xalqını Ermənistanın böyük dövlətlər üçün maraqlı olduğu fikrinə inandırmaq cəhdlərindən əl çəkmir. Reallıqda biz ABŞ və Qərbin Ermənistana marağını görmürük.
Məhz buna görə də N.Paşinyanın öz xalqını Azərbaycanın işğal olunmuş ərazilərinin “Ermənistanın tərkib hissəsi” olması barədə populist fikirlərə inandırmaqdan başqa çarəsi qalmır. Ehtimal olunur ki, bu cür primitiv bəyanatlarla N.Paşinyan ölkədə əvvəlki nüfuzunu saxlaya bilməyəcək.
Elxan Ələsgərov
“Baku Network” Ekspert Şurasının rəhbəri, Trend İnformasiya Agentliyinin baş direktor müavini

http://bakunetwork.com




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
“Bunu belə zənn edənlərin qarşısında Türkiyə və Şimali Kıbrıs Türk Cümhuriyyəti olacaq“
20.09.2019
“Təhlükəsiz bölgə yaradılması barədə ləngimə olsa, ABŞ ilə fəaliyyətlərə son qoyular“
20.09.2019
İİTKM-in departament rəhbəri Nicat Hacızadə: Beynəlxalq Valyuta Fondu Azərbaycandakı islahatları müsbət dəyərləndirir
20.09.2019
“Aramco“ zavodlarına hücum dünyaya edilən bir hücumdur“
20.09.2019
“Əsrin müqaviləsi“ müstəqil Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin əsasını qoydu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10890

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info