“Artıq İbrahimbəyovun “missiyası” başa çatıb”
Tarix: 23.08.2013 | Saat: 17:31:00 | E-mail | Çapa göndər


“Milli şura”nın avqustun 26-da keçirilməsi planlaşdırılan sessiyasının vaxtı üç gün qabağa çəkilərək, avqustun 23-nə təyin olundu.
"EL" hərəkatının sədri Eldar Namazov bildirib ki, o, gənclər təşkilatlarının sədrləri və “milli şura”nın komissiyalarının rəhbərləri ilə görüşüb və görüşdə onlar qurumun sessiyasının tezləşdirilməsini israrla tələb ediblər. O da öz növbəsində bu barədə “milli şura”nın təsisçisi olan 6 partiyanın liderləri ilə məsləhətləşib. Beləliklə, qurumun növbəti sessiyasının tezləşdirilməsinə dair razılıq əldə olundu.
Qeyd edək ki, razılaşma əldə olunan gün “milli şura”nın 17 üzvü xüsusi bəyanatla çıxış etmişdi. Onlar məhz sessiyanın gecikdirilməsinə və ehtiyat namizədin seçilməsi qərarına qarşı çıxan “milli şura” üzvlərinə etiraz edirdilər.
Görünən odur ki, artıq “milli şura”da təhdid, tələb və etiraz bəyanatı dili ilə danışılmağa başlanılıb. Qurumda işlərin yaxşı getmədiyi sessiya və toplantıların gözlənilmədən ertələnməsindən də görmək olar. Rüstəm İbrahimbəyovdan isə əsər-əlamət qalmayıb. O, hərdən mətbuata çıxaraq şablon sözlər işlədib yenidən biznes və kino çəkilişlərinə gedir.
Vətəndaş və İnkişaf Partiyası(VİP) sədrinin müavini Büllur Hümbətov “Palitra”ya verdiyi açıqlamada müxalifət adına hərəkət edən və cəmiyyəti aldadan “milli şura”da toplanmış partiya və təşkilatların son addımlarından təəssüf hissi keçirdiyini söylədi. O, Eldar Namazovun təzyiqlərlə toplantını irəliyə çəkməsini də təbii hal saydı. Çünki qurumda artıq zor, təhdid, tələb kimi nüanslar ortaya çıxıb: “Milli şura”nın qeyri-ciddi qurum olmasına artıq Rüstəm İbrahimbəyovun sənədlərini Mərkəzi Seçki Komissiyasına göndərməsi ilə qiymət vermək olar. Çünki bilə-bilə ki, ikili vətəndaşlığı olan şəxs Azərbycan prezidenti ola bilməz, onun sənədlərini hazırlayıb MSK-ya təqdim etmək hansı məntiqə uyğun idi. Ona görə də bundan sonrakı toplantı və addımlara əlavə şərhlər verməyə ehtiyac yoxdur. Bu adamlar sözün həqiqi mənasında vaxt ötürməklə məşğuldurlar. Onsuz da son bir neçə həftə ərzində “milli şura” qeyri-ciddi bir qurum olduğunu cəmiyyətə nümayiş etdirmişdi. İbrahimbəyovun sənədləri ilə bağlı olaylar və 17 nəfərin bəyanat yayması, eləcə də təzyiqlər nəticəsində toplantını ertələməlirəndən sonra bu daha da qabarıq şəkildə ortaya çıxdı. Bu gündən sonra kimin namizədliyini irəli sürəcəklərini, Cəmil Həsənlini və digər birini önə çəkəcəklərinin daha önəmi yoxdur. Onların hansısa ciddi iş görəcəyi haqda bizdə əminlik qalmayıb. Artıq İbrahimbəyovun “missiyası” da başa çatıb. O özündə cəsarət tapıb ətrafına yığılmış insanlardan üzr istəməlidir. Bəziləri hətta deyirdilər ki, onu çiynimizdə aparıb rəhbərlik stuluna otuzduracağıq. Əslində isə göründü ki, onun prezident olmaq iddiası ciddi deyilmiş”.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info