“Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
Tarix: 20.08.2019 | Saat: 16:39:00 | E-mail | Çapa göndər



Reyhan Əliyeva:
“Vətən sevgisi mənim üçün müqəddəs bir hissdir”

Yaradıcı insanların təkcə özləri deyil, həmçinin əsərləri də bir növ təmsilçilik rolunu oynayır. Elə müsahibimiz Reyhan Əliyeva da İsveçin, necə deyərlər, gözdən, könüldən uzaq bir şəhərində-Umeoda rəssam olaraq əsərləri ilə Azərbaycanı təmsil edir. O, Umeoda yaşadığı evində şəxsi qalereyasını və emalatxanasını açıb. Onun əsərləri burada bəyənilir və satılır. Xatırladaq ki, Əliyeva Reyhan Fərman qızı 1958-ci il mart ayının 31-də Bakının Əmircan kəndində, Əliyev Fərman Kərim oğlunun və Paşayeva Səkinə İbrahiməjdər qızının ailəsində anadan olub. Orta təhsilini kənddəki 84 və 226 №-li məktəblərdə almışdır. Bir il Dzerjinski adına zavodda (indiki Suraxanı Maşınqayırma Zavodu TASC) çalışdıqdan sonra 1976-cı ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq məktəbinə daxil olub. Məktəbi yaxşı qiymətlərlə bitirib təhsilini Leninqrad Rəssamlıq Akademiyasında davam etdirmək üçün göndəriş alır. Amma o vaxt bacısı Moskva Dövlət Universitetində oxuduğundan valideynləri ikinci qızlarının da Azərbaycandan kənarda təhsil almasına icazə vermirlər. Reyhan Əliyeva sənədlərini M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna, (indiki ADMİU) verir və qəbul imtahanlarını müvəffəqiyyətlə keçərək Rəssamlıq fakültəsinin Sənaye Qrafikası şöbəsinə qəbul olunur, 1985-ci ildə institutu bitirir. Həmin il də SSRİ Rəssamlar İttifaqının Gənc Rəssamlar Birliyinə qəbul edilir. Müxtəlif sərgilərdə və müsabiqələrdə iştirak edir. 1987-ci ildən isə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilir. 1991 – 1995-ci illərdə İncəsənət İnstitutunda müəllim, 1995 – 2002-ci illərdə isə indiki Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Evində dərnək rəhbəri vəzifələrində çalışıb. Hələ tələbəlik illərində ailə quran Reyhan Əliyevanın bir oğlu və 3 nəvəsi var.

-Sizi İsveçə aparan nə oldu?
-2002-ci ildə İsveçdə tərtibatçı rəssam işinə dəvət aldım və dekabr ayında bu ölkəyə köçdüm. Əvvəlcə Ange adlanan qəsəbədə iş yeriylə əlaqədar yaşadım. Sonradan Umeo şəhərinə köçərək orada öz sahəmlə yanaşı, 3 dildən (Azərbaycan, rus və türk) İsveç dilinə tərcüməçi, orta məktəblərdə və gimnaziyada öz doğma dilimizdən müəllim kimi və əlbəttə ki, öz sənətimdə rəssam kimi də fəaliyyətmi davam etdirirəm. İsveç Milli Rəssamlar Təşkilatının (KRO, The Swedish Artists` National Organization) üzvüyəm. İndiyə qədər İsveçdə 10-dan artıq fərdi sərgi keçirmişəm.

-Hər hansı əcnəbi rəssamın İsveçdə uğur qazanması nə dərəcədə asandır?
-Əcnəbi rəssamın İsveçdə uğur qazanması birdən-birə baş vermir. İlk öncə rəssamın aldığı təhsilin diplomunun təsdiqlənməsinə önəm verilir. Diplom İsveçin Təhsil Nazirliyi tərəfindən təsdiq olunarsa, əcnəbi rəssama artıq sərgilər etməsinə icazə verilir. Rəssam istədiyi yerdə öz fərdi sərgiləri ilə çıxış edə bilər. Hər bir rəssam yaşadığı regionun Rəssamlar Birliyinin üzvü olmalıdır. Bir neçə sərgisi ilə əcnəbi rəssam artıq İsveç Rəssamlar İttifaqının üzvlüyünə müraciət edə bilər. Amma bu şərtlə ki, artıq o, İsveç vətəndaşlığını qəbul etməlidir. O zaman rəssamın böyük imtiyazları olur, yəni emalatxana verilir və avadanlığıyla münasib qiymətdə almaq imkanını qazanır. Bundan başqa, İsveç Rəssamlar İttifaqı əcnəbi rəssama digər ölkələrdə də sərgilərin təşkilində maddi cəhətdən yardım edir.

-İsveçə sizi bağlayan nəsə varmı?

-İsveçə məni bağlayan mənim oğlumun ailəsi və onun həyat yoldaşının ailəsi, yəni qohumlardır. Bir də, əlbəttə ki, mənim fəaliyyətimdir.

-Azərbaycanla bağlı ən çox nədən ötrü darıxırsız?
-Əlbəttə ki, Vətənim, doğma Əmircan kəndim, əzizlərim, sevimli dostlarım üçün darıxıram. Hərçənd ki, indi virtual görüşmələrimiz tez-tez olur, amma Vətən sevgisi mənim üçün müqəddəs bir hissdir.

-Diaspor tədbirlərinə qatıla bilirsizmi?
-Təəssüflə deməliyəm ki, diaspor tədbirlərinə qatılmamışam. Çünki diasporumuzun əsasən Stokholm şəhərində fəaliyyət göstərir. Mən isə paytaxtdan 600 km aralıda yaşayıram və əlbəttə ki, işimlə əlaqədar oraya tez-tez gedə bilməmişəm.

-İsveçdə tanıdığınız, əməkdaşlıq etdiyiniz rəssam varmı?
-İsveçdə tanıdığım və əməkdaşlıq etdiyim "Konstrunda" rəssamların birgə fəaliyyəti cəmiyyəti adlanan regional rəssamlar birliyində əməkdaşlıq etdiyim rəssamlar bunlardır: Backman Lena Från, Ulf Pålsson, Backman Lena, Andersson Anna, Andersson Isabell, Andersson Per-Åke, Andersson Anna Bengt, Bysmed Anneli, Näsman Arnbrix, Badman Ann Bergström, Hanna Bergström, Sara Bjelkström, Lena Blomberg, Maria Brändström,Putte Cantzler, Lisa Dahllöw, MalinDegerfeldt, Dick Edlund, Mats Edlund,Tomas Ekelund, Kirstie Erikssson,Tomas Håkki, Granlund Micke, Green Mikael, Grubbström Annhild, Hellhoff Åsa, Huss Kristina, Högberg Annki, Jeschke Kicki, Johansson Ewa, Jägers Erika -Jägers Renske Yoru, Kankainen Erik,AngjiKronholm Heléne, Lilja Jimmy Luksepp Maria, Lundell Sven, Lundgren Ingrid, Lundgre, Birgit, Lundqvist Johanna, Malmström Anna, Mattsson Mona, Milling Leif, Norell Bengta, Näsman Åsa, Olsson Gunne, Olsson Helén, Persson Anna-Maria, Persson-Livh Reneé, Sandström Eva, Sellstedt Lejf, Sjödin Anna-Karin, Sollander Eva, Stierna Sara, Strömgren Sven-Arne, Swedberg Ingela, Söderberg Evelina, Vallsten Jens, Westin Anders, Winkler Fia, Wyöni Leif, Zidén Wennberg Mari, Åkerman Stefan Ödmark Annalena, Öfvergren Lena.

-İsveçdə Azərbaycanın tanıtımı, eləcə də rəssamlıqla bağlı nə kimi planlarınız var?
-İsveçdə Azərbaycanın tanıtımı və rəssamlıqla bağlı bir neşə planım var.Bunlardan ən başlıcası Stokholmda Rəssamlıq qalereyasını aşmaq və ölkəmizdən rəssamları dəvət edib onların satış sərgilərini etmək, mətbuatda onları geniş yaymaq və ölkəmizə də İsveç rəssamlarının sərgilərinin açılmasına yardımçı olmaqdır.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
“Müəllim olmaq istəyənlərin sayı artır“
10.09.2019
Vladislav Kanevski: “Azərbaycan beynəlxalq aləmdə güclü oyunçuya çevrilib”
05.09.2019
Ayrı-ayrı Avropa ölkəsində oturan iki müxalifətçinin də internetini hakimiyyət kəsdi?
02.09.2019
Norveçdə keçirilən bələdiyyə seçkilərində Azərbaycan əsilli xanım namizəd iştirak edəcək
27.08.2019
Proqramsız müxalifət

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info