Elşən Həsənov: “Milli şura”nın əsası avantüraya söykənirdi”
Tarix: 23.08.2013 | Saat: 18:36:00 | E-mail | Çapa göndər


“Milli şura”nın düşdüyü ağır durumdan çıxış yolunun tapılması inandırıcı görünmür. Artıq iş o yerə gəlib ki, bu qurumun liderləri “milli şura”dakı intriqalarını funksionerlər vasitəsilə aşkar şəkildə ortalığa qoymağa başlayıblar. Belə bir durumda prezident seçkilərinin başlanmasına az qalmasına baxmayaraq, müxalifət namizədlik məsələsində də qərar qəbul edə bilmir. Bu isə müxalif düşərgənin onsuz da olmayan nüfuzunu yerin dibinə vurur.
“Palitra”ya açıqlama verən Azərbaycan Sosialist Partiyasının(ASP) sədri Elşən Həsənov “milli şura”nın cəmiyyətdə müxalifətə olan inamı azaltdığını dedi. O, son günlər qurumun sərgilədiyi siyasətin nəticəsinin müxalif düşərgədə anormal bir durumun yaranmasına gətirib çıxardığını vurğuladı: “Mən bu barədə bir neçə ay bundan öncə dediklərimi bir daha xatırlatmaq istəyirəm. “Milli şura” ideya kimi cəlbedici olsa da, əsası avantüraya söykənir və xalqın müxalifət adlandırdığımız qüvvələrə inamını kökündən sarsıdır. Təsəvvür edin ki, ideya fərqliliyi olan, fərqli mənbələrdən maliyyələşən, bir-birinə düşmən münasibət bəsləyən qüvvələr bir masa arxasında əyləşib vahid ideya uğrunda hansısa anlaşmaya nail ola bilərlərmi? Üstəgəl, əgər bu qurumun başında Rüstəm İbrahimbəyov kimi dünən dediyini bu gün təkzib edən siyasətdən uzaq birisi dayanarsa”.
Elşən Həsənov “milli şura”nın perspektivinə qətiyyən inanmadığını da dilə gətirdi.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info