“İbrahimbəyovun fırıldaqçılığı çoxdan bəlli idi”
Tarix: 23.08.2013 | Saat: 19:18:00 | E-mail | Çapa göndər


Əli Əliyev: “Bu cür adamlar millətə və dövlətçiliyə heç vaxt fayda verə bilməzlər”

Müxalifət başçılarını öz problemləri ilə barmağına dolayan, ictimaiyyətə yalanlar sırıyan kinodramaturq Rüstəm İbrahimbəyovla bağlı son biabırçı faktlar müxalifət düşərgəsində də lətifələrə çevrilib. Onun bu fırıldaqları sədri olduğu “milli şura”nın sonunu tezləşdirdiyi kimi, özünün şəxsiyyəti ilə bağlı da əsl həqiqətlərin üzə çıxmasına səbəb oldu.
“Palitra”ya bu barədə fikirlərini bildirən Vətəndaş və İnkişaf Partiyasının(VİP) sədri Əli Əliyev belə dedi: “Milli şura” ilə bağlı proseslərin bu cür inkişaf edəcəyi ehtimal olunan idi. Burada hadisələrin iki inkişaf xətti ola bilərdi. Birincisi, Moskvadakı müəyyən dairələrin bu layihəyə dəstək verəcəyi halda “milli şura” üzvlərinin gözləntiləri, digəri də həmin dairələrin dəstək verməyəcəyi halda baş verə biləcək gözləntilər. Daha doğrusu, biabırçılıqlar. Bu qurumda toplaşanlar xarici dəstəyə ümid edərək hakimiyyətə gəlmək iddiası ilə çıxış edirdilər. Bu alınmadı. Bundan sonra isə “milli şura”nın üzləşdiyi bütün problemlər təbiidir. Çünki onların nə ideya birliyi, nə də hər hansı formada mövqelərinin üst-üstə düşməsi mövcud deyil. Onlar yalnız hakimiyyətdən narazı olaraq bir araya gəlmişdilər. Uğursuzluqlardan sonra isə onlarda ciddi parçalanmalar olacaq. Oradakı bir çoxları biabırçılıqlardan qurtulmaq üçün yanlışlıqlarını gizlətməyə və “zərərin yarısından dönməyə” cəhd edəcəklər. Ancaq inanmıram ki, bundan sonra onlar Azərbaycan ictimaiyyəti qarşısında öz reputasiyalarını təmizləyə bilsinlər”.
Bəs ənənəvi müxalifət partiyalarının başçıları olan Əli Kərimli, İsa Qəmbər Rüstəm İbrahimbəyov kimi bir əhli-kef insanın, davranışları və açıqlamaları ilə özünü tez-tez təkzib edən, yalanları ilə tez-tez ifşa olunan birinin arxasınca getdiklərindən peşman olmayacaqlarmı? Onlar bunun üçün cəmiyyət qarşısında utanc hissi keçirməyəcəklərmi? Ə.Əliyev bu barədə belə dedi: “Mən onların yerinə danışa bilmərəm. Utanc hissi mədəni və məsuliyyəti olan insanlara xas keyfiyyətdir”.
İbrahimbəyovun vətəndaşlığı ilə bağlı yalanları, onun cidd-cəhdlə gizlətməsinə baxmayaraq, hətta bu baxımdan üçlü öhdəliklərinin olduğu - həm Azərbaycan, həm Rusiya, həm də ABŞ-da öhdəliklərinin olduğu üzə çıxdı. Bu və digər məqamlar əhli-kef kinodramaturqun əsl simasını və xarakterindəki problemləri çılpaqlığı ilə üzə çıxardı. Bu məsələyə münasibətini bildirən Əli Əliyev belə dedi: “Onun fırıldaqçı olduğunu hələ 4-5 ay bundan öncə bildirmişdim. Əgər bu adam “azadlıq”, “demokratiya” carçısı idisə, niyə bu vaxta qədər milli azadlıq mübarizəsində fikir bildirmirdi, səsini çıxarmırdı? Bu adam indiyə qədər bu məsələlərlə bağlı bir dəfə də danışmayıb. Ümumiyyətlə isə bir dəfə də olsun, bunun ağzından Azərbaycanda olan hansısa neqativliyə qarşı narazılıq eşitməmişik. Bu adam şəxsi biznesi Azərbaycanda çiçəkləyəndə, Azərbaycan Ermənistanla müharibə aparanda, ölkədə hər gün onlarla, yüzlərlə şəhid olanda və sair kritik məqamlarda bir dəfə də olsun, cəmiyyətimizin xeyrinə bir kəlmə də deməyib, səsini çıxarmayıb. İndi isə bunun şəxsi mənafeyinə toxunandan sonra, hakimiyyətlə hər hansı bir şəxsi məsələsinə görə narazı qaldıqdan sonra guya “demokrat”, yaxud da “vətənpərvər” olurdu? Bu da onun saxtakarlığını açıq göstərirdi. Bu cür “vətənpərvərlik” yalançı vətənpərvərlikdir. Bu cür adamlar daim öz şəxsi əmlaklarını, pullarını və ailələrini düşünüblər. Bu cür adamlar millətə və dövlətçiliyə heç vaxt heç cür fayda verə bilməzlər”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Kənd təsərrüfatının inkişafında yeni mərhələ: Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı
22.02.2019
Xocalı soyqrımını törədənlər beynəlxalq məhkəmə qarşisinda cavab verməlidirlər
22.02.2019
“Təbiət Mənim Evim” layihəsi baş tutub
22.02.2019
Mingəçevirin innovativ layihələri müəyyənləşib
22.02.2019
“İşıq İnşaat” MTK-nın sakinləri onların rahatlığını pozan restoranın bağlanmasını tələb edirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10614

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info