Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib
Tarix: 21.08.2019 | Saat: 10:42:00 | E-mail | Çapa göndər


Los Ancelesdə fəaliyyət göstərən və İran yəhudilərinin ABŞ-da ən böyük sinaqoqu olan Nessah Sinaqoqunda Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinə həsr olunmuş geniş tədbir keçirilib.
Azərbaycanın Los Ancelesdəki Konsulluğundan Trend-ə verilən məlumata görə, 800-dən çox yəhudinin iştirak etdiyi tədbirdə sinaqoqun dəvəti ilə Los Anceles Konsulluq Korpusunun duayeni (sədri), Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edib.
Tədbiri giriş nitqi ilə açan Sinaqoqun baş ravvini Devid Şofet Azərbaycan kimi multikulturalizm və tolerantlıq dəyərlərinə yüksək önəm verən bir ölkə ilə yaxından tanış olmaqdan böyük şərəf hissi keçirdiyini vurğulayıb. O, dünyada baş verən dinlərarası münaqişələr və müxtəlif ölkələrdə getdikcə artmaqda olan antisemitizm və irqçilik fonunda Azərbaycanda bütün xalqların, o cümlədən yəhudilərin azad və dinc şəraitdə birgə yaşamalarının, tam dini etiqad azadlığına malik olmalarının olduqca təqdirəlayiq olduğunu qeyd edərək, buna görə Azərbaycan xalqına və dövlətinə təşəkkürünü çatdırıb. Ravvin Şofet nə tarix boyu, nə də bu gün hər hansı antisemitizmin olmadığı Azərbaycanı bütün yəhudilərin dostu adlandırıb.
Baş konsul N.Ağayev öz çıxışında Azərbaycanın yerləşdiyi mürəkkəb coğrafi məkan, müstəqillik tarixi, sosial-iqtisadi inkişafı, uğurlu xarici siyasəti və multikulturalizm və tolerantlıq ənənələri, eləcə də Azərbaycan yəhudilərinin tarixi barədə ətraflı məlumat verib.
Baş konsul xalqımızın əsrlərdən bəri yüksək səviyyəli tolerantlıq mədəniyyəti yaradaraq inkişaf etdirdiyini bildirib. Multikulturalizmin bir dövlət siyasəti kimi bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında böyük uğurla həyata keçirildiyini söyləyən diplomat Azərbaycan multikulturalizminin bütün dünyaya gözəl bir örnək olduğunu vurğulayıb.
N.Ağayev Azərbaycan və İsrail arasında müxtəlif sahələrdə uğurlu tərəfdaşlıq əlaqələrinin qurulduğunu və bu əlaqələrin müxtəlif sahələrdə ilbəil daha da genişləndiyini bildirib.
Qeyd edək ki, Los Anceles İran və İsraildən kənarda ən çox İran yəhudisinin yaşadığı şəhərdir. Burada 60 minədək İran yəhudisi yaşayır.




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
Yelizaveta Truss və Kristofer Pinçer Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar
20.09.2019
“Əsrin Müqaviləsi“nin 25 ili tamam olur
19.09.2019
Yelizaveta Truss və Kristofer Pinçerdən
19.09.2019
“Əsrin müqaviləsi” gənclərin düşüncəsində
19.09.2019
Li Canşu: Çin Azərbaycanla əlaqələri dərinləşdirmək niyyətindədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info