Levon Şirinyan: “Moskva İrəvanı saymır”
Tarix: 22.08.2019 | Saat: 17:06:00 | E-mail | Çapa göndər


Ermənilər Rusiyadan narazıdırlar: “Ermənistan hakimiyyəti hazırkı vəziyyəti başa düşməli və yalnız sözdə deyil, reallıqda da addım atmalıdır. Biz bu vəziyyətdə nə qədər çox qalsaq, bir o qədər də bizimlə hesablaşmayacaqlar”

Bu gün ermənilərin ruslardan umacaqları çoxdur. Amma maraqlıdır ki. Moskvadan hər şey almaq istəyən İrəvan bunun müqadilində heç bir şey vermək niyyətində deyil. Əslində, öz ərazilərindən başqa verə biləcəyi elə bir şey də yoxdur. Bununla belə bəzi erməni siyasətçiləri ələbaxımlı bir ölkə olan Ermənistanla bağlı hələ də böyük iddialar səsləndirməkdə davam edirlər. “Biz Rusiyaya qarşı deyilik” kimi şüarlar səsləndirən ermənilərin arxada Qərbə istiqamətlənmək istəyini Kreml də yaxşı anlayır. Lakin təhlükəli olan ikili oyun oynamaqda davam edən ermənilər rusların qanadı altından çıxmağa tələsmirlər, Çünki bu gün İrəvanın Rusiya ilə hərbi-texniki əməkdaşlığa ehtiyacı var. Bir də onu unutmaq lazım deyil ki, onlar heç bir dövlətin onlara güzəştli kreditlərlə və ya daxili qiymətlərlə silah satmayacağını yaxşı anlayırlar. Maraqlıdır ki, bütün bunlara baxmayaraq, Kreml İrəvanın bəzi “nümayişkaranə özbaşınalığına” hələ ki, səbr nümayiş etdirməkdədir. Məsələn, Moskvanın bəzi erməni siyasi mühacirlərə öz ölkəsində siyasi sığınacaq verərək, İrəvanın bütün müraciətlərinə baxmayaraq onları geri qaytarmaması Ermənistan tərəfindən birmənalı qarşılanmır. Bir müddət əvvəl Rusiya hakimiyyəti Ermənistanda Köçəryan və Xaçaturovun tutulmasına görə öz qəzəbini də gizlətməmişdi. Məhz bu mənada Ermənistan prokurorluğunun Miqran Poqosyanın ekstradisiyası tələbinin Moskva tərəfindən rədd edilməsi də başadüşüləndir. Ancaq qəribəsi budur ki, erməni siyasətçilər buna müxtəlif don geydirməyə çalışırlar. «Miqran Poqosyanın ekstradisiyası» ilə bağlı Rusiya tərəfindən göstərilən mənfi reaksiyaya münasibət bildirən erməni politoloq Levon Şirinyan «1in.am» saytına verdiyi açıqlamada bunu Moskvanın İrəvanı saymamağından başqa bir şey olmadığını bildirib. Şirinyanın fikrincə, Ermənistan hakimiyyəti hazırkı vəziyyəti başa düşməli və yalnız sözdə deyil, reallıqda da addım atmalıdır: «Biz bu vəziyyətdə nə qədər çox qalsaq, bir o qədər də bizimlə hesablaşmayacaqlar».
Xatırladaq ki, bir müddət əvvəl Mikael Arutyunyanın da Ermənistana verilməsi tələbinə məhəl qoymayan Moskva bunu onun Rusiya vətəndaşı olması ilə əlaqələndirmişdi. Şirinyan bunu da Moskvanın İrəvana qarşı göstərdiyi «haqsızlıq» kimi dəyərləndirir. Onun sözlərinə görə, bu gün Kreml özünə yararlı bildiyi şəxsləri qorumaq üçün bütün bəhanələrdən istifadə edir.
Şirinyana görə, artıq İrəvan Rusiya üçün çətin olan bir nöqtəyə çatmaqdadır: “Rusiya Ermənistanı iqtisadi cəhətdən buxovlasa da, yeni Ermənistan rəhbərliyi yaranmış vəziyyəti anlayaraq normal işləməli, ölkəni nizamlamalıdır. Ancaq məsələ budur ki, bu gün erməni hökuməti nə etdiyini hələ də anlamayıb”.
Maraqlıdır ki, İrəvanın Moskva ilə yaxşı münasibətlərinin mövcud olduğu barədə deyilənlərə də münasibət bildirən erməni politoloq əsl ermənilik nümunəsi göstərərək bunun Ermənistandan çox Rusiya üçün önəm daşıdığını bəyan edib.

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Paşinyanın “Whatsapp” yazışmaları ortaya çıxdı
20.09.2019
Cermukda şagirdlər də tətilçilərə qoşulublar
20.09.2019
Rusiya-Türkiyə əməkdaşlığı erməniləri məyus edib
19.09.2019
Rusiyanın Dövlət Duması Xəzərin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib
19.09.2019
“Paşinyan çevrilişdən qorxduğu üçün güc orqanları rəhbərlərini neytrallaşdırır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info