Azərbaycan XİN: Ermənistan heç bir halda demokratiyanın qasidi statusuna iddia edə bilməz
Tarix: 22.08.2019 | Saat: 21:55:00 | E-mail | Çapa göndər


Ermənistan KİV-in yaydığı məlumata görə, avqustun 22-də bu ölkənin hökuməti “tanınmamış Qarabağda seçkiləri izləmək üçün ilk dəfə olaraq xarici QHT-lərə vəsait ayırdı”. Üstəlik, bu “görünməmiş bir qərar” kimi qələmə verilir. Onların təbirincə, “Ermənistan hökuməti həmişə demokratiya üçün pul istəmək rolunda olubsa, indi isə donor rolunda çıxış edir”.
AZƏRTAC xəbər verir ki, bununla bağlı KİV-lərin sualını cavablandıran Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib: “Erməni mediasının yaydığı bu məlumatlarla bağlı öncə onu xatırlatmaq istərdim ki, Azərbaycan ərazilərini işğal edən Ermənistan ilk dəfə deyil ki, bu ərazilərdə “seçkilər” və ya “referendum” adlandırdığı müxtəlif “tamaşalar” keçirir. Beynəlxalq ictimaiyyət Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünü yekdilliklə dəstəkləyir, qanunsuz rejimin, eləcə də onun tərəfindən keçirilən hər hansı “seçkini” tanınmaması ilə bağlı prinsipial mövqeyini daim bəyan edir.
Azərbaycanın işğal olunmuş ərazilərində “seçkilər”in izlənməsi üçün vəsait ayıran Ermənistan hökuməti ölkəmizin Dağlıq Qarabağ bölgəsinə və ona bitişik inzibati rayonlarına nəzarəti həyata keçirdiyini bir daha etiraf etmiş olur və bununla da 2015-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqovlar və digərləri Ermənistana qarşı” işi üzrə qəbul etdiyi qərarın müvafiq müddəalarının doğru olduğunu təsdiqləyir.
Nəhayət, Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “yerli idarəetmə orqanlarına seçkiləri” demokratiyanın göstəricisi kimi təqdim etmək cəhdləri heç bir məntiqə sığmır. Dünya birliyi azərbaycanlı əhalinin kütləvi qırğınlarını, etnik təmizlənməsini və yüz minlərlə məcburi köçkünün təməl hüquqlarının pozulmasını pisləyir. Bütün bu beynəlxalq deliktlərə görə cavabdehlik daşıyan Ermənistan heç bir halda demokratiyanın qasidi statusuna iddia edə bilməz.
Ermənistan hökuməti Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsinə “demokratiya ixracı”nın yalançı görüntüsünü yaratmaq üçün boş yerə cəhdlər etmək əvəzinə, öz vətəndaşlarının aktual problemləri barədə düşünməlidir. Bundan əlavə, bu ölkənin hərəkətləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqlar prosesinin irəliləməsi məntiqinə zidd olmamalı və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin qanunsuz işğalı əsasında yaranmış status-kvo vəziyyətinin qorunub saxlanılmasına xidmət etməməlidir”.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Rusiyada azərbaycanlılarla ermənilər arasında kütləvi dava
21.09.2019
İlham Əliyev: “Azərbaycan beynəlxalq əməkdaşlıq sahəsində, enerji sahəsində böyük uğurlar əldə edib”
20.09.2019
Azərbaycan Ordusu yeni kamikadze PUA-nı təlimdə sınaqdan çıxardı
20.09.2019
Ziyalılar sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyir
20.09.2019
Cəbhəçi trollar cəbhənin özünə qarşı hücuma keçdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10890

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info