Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir
Tarix: 23.08.2019 | Saat: 09:19:00 | E-mail | Çapa göndər


Bakı-Sabunçu-Bakı qatarı Bakıxanov dayanacağına qədər hərəkət edəcək.
Bu barədə Trend-ə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən (QSC) məlumat veriblər. Qeyd olunur ki, dəmir yolu stansiyasının ərazisində avtomobil keçidi inşa olunur:
"26 avqust 2019-cu ildən 15 sentyabr 2019-cu ilədək Sabunçu dəmir yolu stansiyasının ərazisində avtomobil keçidində tunelin inşası ilə əlaqədar olaraq, Bakı-Sabunçu-Bakı elektrik qatarları Bakıxanov dayanacağına qədər hərəkət edəcək".
QSC-dən qeyd olunur ki, inşa işləri yekunlaşdıqda əlavə məlumat veriləcək:
"Bakı-Bakıxanov-Bakı istiqamətində elektrik qatarlarının hərəkət qrafikində dəyişiklik olmayacaq. Tunelin inşası başa çatanda, Bakı-Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının Sabunçu stansiyasınadək hərəkətinin tam bərpası haqqında əlavə məlumat veriləcək".




 
Bölməyə aid digər xəbərlər
18.09.2020
Baş Prokurorluq ibtidai sinif müəlliminin intiharı ilə bağlı yeni məlumat yayıb
18.09.2020
Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib
17.09.2020
Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər
17.09.2020
Gələcəkdə fəxri ad alan şəxslərin üzərinə müəyyən öhdəliklər qoyula bilər
17.09.2020
Qeyri-peşəkar mətbuat işçilərinə nəzarət mexanizmi olmalıdır

Şərh əlavə olunmayıb

    ,