Çin neft idxalını artıracaq
Tarix: 24.08.2013 | Saat: 00:05:00 | E-mail | Çapa göndər


2020-ci ildə Çin gündə 5,4 milyondan 8,3 milyon barelə qədər neft idxalını artıracaq. İdxaldan asılılığın dərəcəsini azaltmaq üçün Çin rəhbərliyi şist qaz və neft ehtiyatlarını işlətməyə başlayacaq.
Bu barədə bu gün “İTAR-TASS”a Çin Neft Universitetinin professoru Pan Çanvey bildirib.

“Bu yaxınlarda “Beynəlxalq iqtisadi agentlik” və Britaniya şirkəti “Vud Makkenzi” 2020-ci il üçün proqnozlarını açıqlayıblar. Verilən proqnoza görə, 2020-ci ildə Çinin neft idxalının sutkalıq həcmi müvafiq olaraq 8 mln. və 9.2 mln. barelə çatacaq. Bizim proqnozlarımıza əsasən, 2020-ci ilə qədər Çin iqtisadiyyatının artım sürəti 7-7,5 % səviyyəsində qalacaq. Bunu nəzərə alaraq ÇXR-nin neft idxalının sutkalıq həcmi təxminən 8.3 mln. barel ola bilər və yaxud da sərf edilən neftin təxminən 66%-ni təşkil edə bilər”-deyə Pan Çanvey qeyd edib.
“İdxaldan asılılığın dərəcəsini azaltmaq üçün, Çin rəhbərliyi şist qaz və neft ehtiyatlarının işlənməsinə dair böyük ümidlər bəsləyir. İndi ABŞ-da “şistlərə” maraq azalır, lakin Çində isə artır. Bizim proqnozlara görə, şist neftinin hasilatı başlayandan sonra illik neft istehsalı Koreya Xalq Respublikasında ilə 210 mln. tondan 250 mln. tonadək artacaq. Bu zaman şist qazının hasilatı 2020-ci ilədək bəlkə ildə 250 milyard kubmetrə qədər arta bilər”-deyə Pan Çanvey vurğulayıb.
Elnarə





 
Bölməyə aid digər xəbərlər
23.01.2019
İran Fars körfəzində yeni neft ehtiyatı aşkarlayıb
23.01.2019
Donald Trampa NATO-dan çıxmağı qadağan etdilər
23.01.2019
Fransalı nazir polis zorakılığını etiraf etməyə məcbur olub
23.01.2019
Suriyalı qaçqın ABŞ-ın dövlət qulluqçularına pulsuz yemək paylayır
22.01.2019
Avropa ölkələri Gürcüstandakı vəziyyətdən narahatdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
4 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
5 Əli Abdalov Mehman Hüseynovla barışıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info