“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
Tarix: 23.08.2019 | Saat: 14:01:00 | E-mail | Çapa göndər


“Gələcək” İntellektual İnkişafa Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Aqrar sektora alternativ maliyyə mənbələrinin cəlb edilməsi ilə bağlı təlimlərin keçirilməsi” layihəsi çərçivəsində Zərdab rayonu Dövlət Aqrar İnkişaf Mərkəzinin akt zalında 2-ci günün təlimi keçirib.
Təlimə öz çıxışı ilə başlayan GİİYİB sədri Kazım Məmmədov qeyd etdi ki, kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm, həm də həlledici rol oynamaqdadır. Son illər kənd təsərrüfatı kooperasiyasının inkişafı ilə bağlı dövlətin həyata keçirdiyi mühüm proqramlar aqrar sektorun gələcək inkişaf perspektivlərindən xəbər verir.
Təlim çərçivəsində “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” ətrafında geniş müzakirələr, debatlar oldu. Kənd təsərrüfatı kooperasiyasının inkişafının gələcəkdə, istər məşğulluq baxımından, istər ərzaq təhlükəsizliyi baxımında geniş imkanlar yaradacağı və alternativ maliyyələşdirmə mənbələrinə geniş yol açacağı təlim iştirakçılarının ortaq fikirlərindən idi.
Gəncliyə Dəstək İctimai Birliyinin sədri Eldar Xəlilov cəmiyyətin və xüsusən də gəncliyin yenilikçi idealarla çıxış etməsi və onların fəaliyyətinin stimullaşdırılması baxımından əvəzedilməz rola malik olan alternativ maliyyələşdirmə mənbələri ilə bağlı təlimlərin xüsusən aqrar rayonlar üçün təşkil edilməsi təqdirə layiq addımdır.
Tədbirdə maraqlı diskussiya, mövzu ilə bağlı maraqlandıran suallar cavablandırıldı, layihənin icrası yollarından bəhs edən kitabça və bukletlər paylandı. Bütövlükdə tədbir, iştiraçlılar tərəfindən qiymətləndirildi. Sonda təlim iştirakçılarına sertifikatlar verildi. Təlim çay süfrəsi arxasında müzakirələrlə yekunlaşdı.

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.09.2020
Baş Prokurorluq ibtidai sinif müəlliminin intiharı ilə bağlı yeni məlumat yayıb
18.09.2020
Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib
17.09.2020
Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər
17.09.2020
Gələcəkdə fəxri ad alan şəxslərin üzərinə müəyyən öhdəliklər qoyula bilər
17.09.2020
Qeyri-peşəkar mətbuat işçilərinə nəzarət mexanizmi olmalıdır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Azərbaycan öz məmləkətimizdir“
2 Ölkəmizə gələn turistlər arasında sorğu keçirilib
3 Sığorta bazarını necə inkişaf etdirmək olar?
4 Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
5 Ayaqları kəsilən Rüstəm Nəbiyev inanılmazı bacardı - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info