Ermənistanı hərbi xərclərini artırmağa məcbur edən səbəb
Tarix: 23.08.2019 | Saat: 13:59:00 | E-mail | Çapa göndər


“Ermənistan Dağlıq Qarabağdakı hərbi işğalına pul xərcləməyə davam etməklə yanaşı Naxşıvan və Qazaxdakı təpələrin əldən verilməsi fonunda Azərbaycanla sərhəddin bütün istiqamətinə diqqətini daha da artırmaq məcburiyyətində qalıb. Bu da əlavə maliyyə tələb edir. Ona görə də biz Ermənistanla bütün sərhədboyu düşmənin problemlərini artırmalı, onu bu işlərə daha çox maliyyə xərcləməyə məcbur etməliyik” Bu fikirləri Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib. O deyib ki,Ermənistan hökuməti Müdafiə Nazirliyinə əlavə 4 milyon 550 min dollar ayırıb. Erməni mənbələrinin verdiyi məlumata görə, ayrılan yardım hərbi xidmətin keyfiyyətinin artırılmasına xidmət edəcək. Qeyd edilməlidir ki, Ermənistanın 2019-cu ildəki hərbi büdcəsi 530 milyon dollar nəzərdə tutulub ki, bu da 2018-ci ilin eyni göstəricisindən 13 faiz çoxdur. Maraqlıdır ki, bəzi erməni mənbələri hərbi büdcənin artırılmasını ölkə iqtisadiyyatının «tərəqqisi» ilə əlaqələndirsələr də, bu o qədər də inandırıcı görünmür. Çünki biz bundan əvvəllər də qeyd etdiyimiz kimi, Ermənitan iqtisadiyyatı tərəqqi əvəzinə tənəzzülə yuvarlanmaqdadır. «Hərbi xərcləri artırmaq qərarı Ermənistan və Azərbaycan arasında davam edən silah yarışı ilə əlaqədardır». Bu da erməni saytlarında yer alan subyektiv fikirlərdən biridir. Əslində, burada müəyyən bir həqiqət nəzərə çarpsa da, lakin bəzi erməni rəsmilərinin bunun qeyri-mümkünlüyünü yaxşı anlayırlar. Qeyd edilməlidir ki, Ermənistanın hərbi büdcəsinin cüzi artmının ölkəyə sədəqə şəkilində verilən kreditlər hesabına olduğunu bildirənlər də çoxdur.Yeri gəlmişkən, erməni baş nazir Nikol Paşinyanın ordudakı vəziyyətdən narazı qaldığı da qeyd edilməlidir. Məsələ bundadır ki, o hakimiyyətdə olduğu bir ildən artıq müddətdə heç bir uğura nail olmayıb. Hələ ötən ilin mayında Ermənistanda yeni qüvvələr hakimiyyət gələrkən, bəziləri yetərli olmasa da, İrəvanın təcavüzkar siyasətində hansısa bir dəyişikliklərin olacağına inanırdılar. Lakin bu ehtimallar, göründüyü kimi, özünü doğrultmadı. Məhz elə bunun nəticəsidir ki, Ermənistan dövləti təkcə maddi deyil, həm də siyasi sarsıntılar məngənəsindədir. Yeri gəlmişkən, siyasi şərhçi Elxan Şahinoğlu Nikol Paşinyanın orduya son maliyyə yardımı ayırmasına Azərbaycan tərəfə keçən fərari olayının təsir etdiyini bildirir: «Avqustun 12-də cəbhənin Füzuli rayonu istiqamətində erməni hərbi qulluqçu Aqo Kazaryan işgəncələrə dözməyərək bölmələrimizə təslim oldu. Üstündən düz 1 həftə keçdikdən sonra, yəni avqustun 19-da Paşinyan hərbi xidmətin keyfiyyətinin artırılması məqsədilə orduya maliyyəni artıracağını bildirdi. Bunlar arasında, təbii ki, birbaşa əlaqə var. Mümkündür ki, Paşinyan gizli şəkildə son olayın araşdırılmasına da təlimat verib ki, bu biabırçı olay bir daha təkrarlanmasın. Çünki oxşar olay yenə təkrarlanarsa bu, Paşinyanın erməni cəmiyyətində nüfuzuna növbəti zərbə olacaq. Ermənistan hərbi xərclərdə Azərbaycanla ayaqlaşa bilmir. Əslində bu, mümkün də deyil. Azərbaycanın hərbi büdcəsi Ermənistan büdcəsinin tamamına bərabərdir və Ermənistan ordusunun 4.5 milyon dollarla uzağa gedə bilməyəcəyini Paşinyan da yaxşı anlayır. Buna baxmayaraq, Paşinyan imkan daxilində bir neçə hərbi kazarmanı təmir etdirir, orduda ərzaq təminatını dəyişməyə çalışır. Ancaq bütün bunları davamlı hala gətirmək üçün Paşinyana yüz milyonlara dollar lazımdır. Onun isə cəmi 4-5 milyon dollara ancaq gücü çatır. Ermənistanın hərbi yükü böyükdür. İran və Türkiyə sərhəddini Rusiyaya tapşırıblar, ancaq bununla iş bitmir. Ermənistan Dağlıq Qarabağdakı hərbi işğalına pul xərcləməyə davam etməklə yanaşı Naxşıvan və Qazaxdakı təpələrin əldən verilməsi fonunda Azərbaycanla sərhəddin bütün istiqamətinə diqqətini daha da artırmaq məcburiyyətində qalıb. Bu da əlavə maliyyə tələb edir. Ona görə də biz Ermənistanla bütün sərhədboyu düşmənin problemlərini artırmalı, onu bu işlərə daha çox maliyyə xərcləməyə məcbur etməliyik».
A. Babayev




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Paşinyanın “Whatsapp” yazışmaları ortaya çıxdı
20.09.2019
Cermukda şagirdlər də tətilçilərə qoşulublar
20.09.2019
Rusiya-Türkiyə əməkdaşlığı erməniləri məyus edib
19.09.2019
Rusiyanın Dövlət Duması Xəzərin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib
19.09.2019
“Paşinyan çevrilişdən qorxduğu üçün güc orqanları rəhbərlərini neytrallaşdırır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info