BMT TŞ ABŞ-ın qadağan edilmiş raket sınaqları məsələsini müzakirə etdi
Tarix: 23.08.2019 | Saat: 14:19:00 | E-mail | Çapa göndər


Rusiya və Çin Orta Mənzilli Nüvə Qüvvələri Sazişindən (INF) çəkilən ABŞ-ı silah yarışına girməkdə günahlandırdı və bu ölkənin orta mənzilli raket sınaqları məsələsini Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında müzakirəyə çıxardı.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Rusiya və Çinin tələbi ilə ABŞ-ın qadağan edilmiş raket sınaqları məsələsi müzakirə edildi.
Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski ABŞ-ın Orta Mənzilli Nüvə Qüvvələri Sazişini (INF) birtərəfli qaydada ləğv etməsini tənqid edərək: "ABŞ silah yarışına hazırdır" dedi.
Polyanski strateji sabitlik və təhlükəsizliyi təmin etmək üçün ABŞ ilə istənilən ciddi dialoqa hazır olduqlarını söylədi.
Çinin BMT-dəki daimi nümayəndəsi Zhanq Jun Çinin də daxil olacağı yeni bir sazişi müzakirə etmək istədiklərini söyləyən ABŞ prezidenti Donald Trampa cavab olaraq ABŞ-ın Çinin bəhanəsi ilə sazişidən çıxmasının qəbuledilməz olduğunu bildirdi.
ABŞ-ın daimi nümayəndəsinin müavini Conatan Koen də Rusiyanı 10 il ərzində İNF öhdəliklərini pozmaqda günahlandırdı və ABŞ-ın Rusiyanı sazişin şərtlərini pozmaqdan vaz keçirmək üçün 6 illik səylərindən sonra INF sazişindən çıxmaq barəsində qərar qəbul etdiyini söylədi.
Sazişin şərtlərini pozan Rusiyanın Avropanı vura biləcək `` 9M729 `` raket sistemini yaratdığını qeyd edən Kohen: ``Rusiya və Çin silahlarını təkmilləşdirdikləri halda ABŞ-ın təmkinli olmasını gözləyirlər`` dedi.
Koen ABŞ-ın orta mənzilli raket sınaqlarının INF sazişinin öhdəliklərini pozmadığını vurğuladı, ölkəsinin Rusiya və Çin də daxil olmaqla, yeni bir sazişlə bağlı danışıqlar aparmağa hazır olduğunu söylədi.
Qeyd edək ki, ABŞ Rusiyanın INF şərtlərini pozduğunu iddia edərək sazişi birtərəfli qaydada ləğv edib. Rusiya Xarici İşlər Nazirliyi isə bu ayın əvvəlində Orta Mənzilli Nüvə Qüvvələri Sazişinin rəsmi olaraq başa çatdığını açıqlayıb.
Bunun ardınca ABŞ avqustun 19-da təsir məsafəsi 500 kilometrdən çox olan yeni bir orta mənzilli raketi sınaqdan keçirdiklərini açıqlayıb.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Boko Haram qruplaşmasının yeddi üzvü dә öldürülüb
21.09.2019
Parisdə polis “Sarı jiletlilər“in aksiyasında 39 nəfəri saxlayıb
21.09.2019
İranın Mərkəzi Bankına qarşı təkrar sanksiya tətbiq edilib
21.09.2019
ABŞ-da Türk evi inşa olunur
21.09.2019
HDP həmsədri Səlahəddin Dəmirtaşın 4 il 8 aylıq həbsinə qərar verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10890

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info