Makron: “Hindistan və Pakistan problemi qarşılıqlı şəkildə həll etməlidirlər“
Tarix: 23.08.2019 | Saat: 21:46:00 | E-mail | Çapa göndər



Fransa prezidenti Emmanuel Makron Hindistan hökumətinin Cammu Kəşmirə xüsusi status verən 370-ci maddəni ləğv etməsindən sonra Hindistan və Pakistan arasındakı artan gərginliyin bu ölkələrin özü tərəfindən aradan qaldırılmalı olduğunu söylədi.


Fransa prezidenti Emmanuel Makron Hindistanın Baş naziri Narendra Modi ilə birgə mətbuat konfransı keçirdi.
Fransa prezidenti mətbuat konfransında iki ölkə arasındakı əlaqələrin əhəmiyyətini vurğulayaraq: “Problem Hindistan və Pakistan arasında qarşılıqlı şəkildə həll edilməlidir. Hər iki tərəf bölgədəki gərginliyin artmaması üçün məsuliyyət daşıyır. Səylər terrorla mübarizəyə yönəldilməlidir” dedi.
Makron ölkəsinin mülki insanların hüquqlarını qorumaq məsələsində diqqətli olacağını qeyd edərək bu məsələ ilə əlaqədar Pakistanın baş naziri İmran Xanla da görüşəcəyini söylədi.
Prezident prioritetlərinin bölgədəki sabitlik və terrorla mübarizə olduğunu söylədi.
Fransa prezidenti Hindistanın baş naziri Narendra Modini 24-26 avqust tarixlərində ölkənin cənub bölgəsində Biarritzdə keçiriləcək G7 sammitinə dəvət etdi.




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
“B komandası“nın qalıqları Trampı müharibəyə cəlb etmək üçün aldatmağa çalışırlar“
20.09.2019
“Türkiyədən Azərbaycan vətəndaşlarının kütləvi şəkildə deportasiya olunması xəbəri həqiqəti əks etdirmir“
19.09.2019
Azərbaycan dövləti təhsilin inkişafına, gənc nəslin inteqrasiyasına böyük önəm verir
18.09.2019
Minsk Qrupunun üzvü kimi İtaliyanın Qarabağ münaqişəsini diqqətdə saxlaması vacibdir
18.09.2019
ABŞ prezidenti Donald Trampdan İranla bağlı açıqlama

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info